Bakıda uşaq oğurluğu ilə məşğul olmaqda ittiham edilən qadının videosu yayılıb.
Sözügedıən videoda qadın insanlara müraciət edərək onun barəsində deyilənlərin əsassız olduğunu söyləyib. Qadın onunla bağlı yayılan məlumatların əsassız olduğunu bildirib: “Küçədə hər kəs mənə yaxınlaşaraq, uşaq oğrusu olduğumu deyir. Mən yaşlı qadınam, tək yaşayıram. Nahaq çəkiblər şəklimi. Mənim heç telefonum da yoxdur, bu nə deməkdir? Savadsız qadınam. Ayıbdır, belə şeylər, mənim heç kimlə işim yoxdur. Kimsə fotomu yayır, hamı da inanır”. Həmin videonu təqdim edirik:
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?