gundemxeber.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu sözləri müğənni Eliseo Robles ilə seks görüntüləri yayılan meksikalı teleulduz, model Vivian Çepeda deyib.
O zaman aşiq olduğunu söyləyən model pərəstişkarlarına müraciət edərək porno görüntülərinə görə onu mühakimə etməmələrini xahiş edib.
Keçən həftə mediaya sızdırılan 31 saniyəlik videoda 26 yaşlı ulduz çılpaq vəziyyətdə 36 yaşlı Robleslə görüntülənir. Görüntülərdə tez-tez kameraya baxan cütlüyün çəkilişdən xəbərdar olduqları görünür.
Cepedanın pərəstişkarları onun bu hərəkətini pisləyiblər. Bir pərəstişkar isə çox ağır danışıb: "Olduqca cazibədar bir qadın ancaq bunu ərinə saxlamalıydı və videoya çəkməməliydi".
"Bir qadın olaraq bu gün kamera qarşısına çıxma cəsarətini tapdım və bir yetkin olaraq məsuliyyət hiss edirəm. Bu videonu çəkdiyimizdə ikimizin də sərbəst idik. O zamanlar aşiq idim, o üzdən məni mühakimə etməyin. Ödəyəcəyimiz cəzanın böyüklüyünü bilmədən hamımız səhv edə bilərik. Həyatda səhvlərimizdən öyrənirik və mən bundan öyrənmək məcburiyyətindəyəm".
Sorğu
Yeni dizaynımız necədir?