Bu gün səhər saatlarında “Qarabağ qazilər” birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədov vəfat edib.
GundemXeber.Az xəbər verir ki, bu barədə Qazilər.az-a onun döyüşçü dostları xəbər verib. E.Əsədov bir neçə müddət idi ki, ağ ciyər xərçəngindən əziyyət çəkirdi.
Əsədov Etimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənddə orta məktəbi bitirib. 1982-84-cü illərdə həqiqi hərbi xidmətdə olub.
SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.
1991-ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam özünümüdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.
1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” ictimai birliyinin sədri idi.
Ali təhsilli idi.
***
Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu Etimad Əsədovun cənazəsinin bu gün saat 14:00-da yaşadığı evdən (Yeni Günəşli qəsəbəsində, həyət evlərinə gedən yolda) götürüləcəyini bildirib.
Sorğu
Yeni dizaynımız necədir?