GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ŞƏHİDLƏRİN "QAN PULU" NƏDƏN VERİLMİR?

ŞƏHİDLƏRİN "QAN PULU" NƏDƏN VERİLMİR?

Tarix: 18-10-2018, 16:14 Bölmə :Cəmiyyət Baxış: 583
ŞƏHİDLƏRİN "QAN PULU" NƏDƏN VERİLMİR?


Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən polislərin ailə üzvləri bu suala cavab istəyir

Mahmud Hacıyev: “Ədalətli, yaxud ədalətsiz olmasından asılı olmayaraq, bu fərman yalnız hərbi qulluqçulara aiddir”

Namizəd Səfərov: “Şəhid polislərin ailə üzvləri öz hüquqlarını tələb etməli və haqlarını almalıdır”


Qarabağ müharibəsində şəhid olan DİN əməkdaşlarının ailə üzvləri redaksiyamıza müraciət ediblər. Onlar 11 min manatlıq birdəfəlik ödəməni ala bilmədiklərindən şikayətçidirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən onlara bildirilib ki, bu ödəmə yalnız şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə şamil edilir.
Xatırladaq ki, 2018-ci ilin 19 aprelində Respublika Prezidenti İlham Əliyev şəhid ailələrinə 11 min manat pul ödənməsi ilə bağlı fərman verib. Fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək. Birdəfəlik ödəmə hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən veriləcək.
Məsələyə aydınlıq gətirmək üçün keçmiş polis rəisi Mahmud Hacıyev və hüquqşünas Namizəd Səfərova müraciət etdik.
Mahmud Hacıyev polislərin birmənalı şəkildə hərbi qulluqçu hesab olunmadığını əsas gətirərək, 11 manatlıq birdəfəlik ödənişin onlara şamil olunmadığını qanunauyğun saydığını bildirdi.
“Bəs bu nə dərəcədə ədalətlidir?” sualına elspert belə cavab verdi: “ Qanun belə tələb edir. Hərbi qulluqçular deyiləndə hərbçilər nəzərdə tutulur. Polis güc strukturu olsa da, Hüquq Mühafizə Orqanlarına aiddir. Çox guman ki, ya pulun məbləğinə görə, ya da hər hansı digər səbəbdən qanun bu şəkildə formulə edilib. Odur ki, ədalətli, yaxud ədalətsiz olmasından asılı olmayaraq, bu fərman yalnız və yalnız hərbi qulluqçulara aiddir”.
“350 maddəyə 10 min əlavə və dəyişiklik edilib”
Hüquqşünas Namizəd Səfərovun mövqeyi isə tamamilə fərqli oldu. O, bildirdi ki, hansı silahlı qüvvələrin tərkibində olmasından asılı olmayaraq şəhid statusu almış bütün şəxslərin ailə üzvləri, varisləri adı çəkilən fərmana uyğun olaraq ayrılan 11 min manatı almalıdır: “Bu hakimiyyət Vətən uğrunda canından keçən insanların ailələrinə o cüzi məbləği verməmək üçün min bir oyundan çıxır, min bir bəhanə gətirir. Şəhid olan şəxs hərbçidir, polis əməkdaşıdır, ya sadə vətəndaşdır, könüllüdür - heç bir fərqi yoxdur, bu insan öz ölkəsinin ərazi bütövlüyü naminə canından keçib. Onlara hər hansı fərq qoyula bilməz. Döyüşdə həlak olubsa, şəhiddir, bütün şəhid ailələrinə isə 11 min manat pul ayrılıb və bu pul onlara verilməlidir. Dövlət bütün layihələrə pul tapır, bircə şəhidlərimizin ailələrinə 11 min manatı ödəməkdən boyun qaçırmaq üçün olmazın bicliklərə əl atır, müxtəlif qərarlar verir, bu qərarları hər kəs istədiyi kimi şərh edir. Əslinə qalsa, ödəniləcək 11 min manat devalvasiyadan sonra tamamilə dəyərdən düşüb. Xatırlatmaq istəyirəm ki, şəhid ailələrinə yardım məqsədilə pul ayrılması qərarı Azərbaycan Respublikasının ilk prezidenti Əbülfəz Elçibəy tərəfindən verilmişdi. Əslində prezident İlham Əliyevin sərəncamına ehtiyac yoxdur. Bu pul çoxdan şəhid ailələrinə verilməli idi.
Mən bununla bağlı mətbuatda açıqlama vermişəm. Yeni sərəncamın verilməsi mənasızdır, mövcud sərəncamın icrası təmin olunmalıdır. Əbülfəz Elçibəyin bütün şəhidlərə şamil edilən sərəncamı ləğv olunmayıb, bu gün də qüvvədədir və icrasını gözləyir. Bu məsələ dəfələrlə müxtəlif səviyyələrdə müzakirə olunub, hətta Milli Məclisdə də bəzi millət vəkilləri tərəfindən qaldırılıb, amma sərəncamın icrası hələ də uzadılır.
Bu il verilən sərəncamla bağlı isə onu deyə bilərəm ki, polis əməkdaşlarıda elə hərbi qulluqçuların bir hissəsidir. Onların hüquqi rejimi, əmək haqları başqa qanunlarla tənzim olunsa da, onların hərbiri hərbi qulluqçudur. Polisin vəzifəsi torpaqların bütövlüyünü sərhəddə qorumaq deyil axı, amma o zaman polisləri də döyüşlərə cəlb etdilər, onlar da bir vətəndaş kimi Vətənləri qarşısında öz borclarını yerinə yetirdilər və aralarında qəhrəmancasına həlak olanlar onlarla, yüzlərlədir. Nə olsun ki, polis Daxili Qoşunların tərkibində deyil, döyüşüblərsə, demək hərbçidirlər, hərbi tapşırıq yerinə yetiriblər. Bu baxımdan müharibədə həlak olanlara heç bir fərq qoyulmamalıdır. Ona qalsa, bu gün yalnız orduya çağırılanlar döyüşür, təbii ki, indi şəhid olanların hamısı ordumuzun üzvləridir, hərbçilərdir, onların arasında polis əməkdaşları yoxdur. Amma 90-cı illərdə vəziyyət fərqli idi, o zaman polislər də hərbçilərlə çiyin-çiyinə vuruşurdu ön cəbhədə. Buna görə də onları hərbçilərdən ayırmaq olmaz, onların da ailələri ayrılan məbləği almalıdır. Şəhid polislərin ailə üzvləri öz hüquqlarını tələb etməli və haqlarını almalıdır. Mənim hesabıma görə, bu məbləğ 250 milyonu aşır, bu pulun ödənilməsi üçün dövlət büdcəsindən xeyli vəsait ayrılmalıdır. Əslində bu məsələ vətəndaşı deyil, dövləti qayğılandırmalıdır, dövlət bu pulun ödənilməsini ən yüksək səviyyədə təmin etməlidir. Özü də hesab edirəm ki, bu günkü devalvasiya nəzərə alınaraq həmin məbləğ 11 min manat deyil, 11min dollar (yəni, hardasa 20 min manat) həcmində ödənilməlidir. Çünki bu günkü qiymətlərlə 11 min manat şəhid ailələrinin heç bir ehtiyacını ödəyə bilməz, bu pulla nə mənzil, nə də maşın almaq mümükün deyil.
Mən dəfələrlə mətbuatda, sosial şəbəkələrdə şəhidlərin “qan pulu”nun ödənilməsinin nə qədər vacib olduğunu xüsusi vurğulamışam, tələb etmişəm ki, bu pul ən qısa zamanda ödənilsin. Əgər bu gün biz şəhidlərin “qan pulu”nu onların ailələrinə ödəmiriksə, sabah kim gedib Vətənimizin azadlığı uğrunda döyüşər? Döyüşçü bilməlidir ki, o həlak olsa, dövlət onun ailəsini başsız qoymayacaq.”/Banu Oğuz, Hurriyyet.org

P.S. Ümid edirik ki, sonucda ədalət zəfər çalacaq və şəhid ailələri öz haqqını alacaq. Biz də bu işdə onlara bacardığımız qədər kömək etməyə çalışacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəhid ailələrinə 11 min manatlıq kompensasiya ilə bağlı müraciət: "Sabahdan notariusa gedin!"

    Şəhid ailələrinə 11 min manatlıq kompensasiya ilə ...

    8-10-2018, 16:36

  • 
  • “Kapitalbank” şəhidlərin qanpulundan pul tutur - NARAZILIQ VAR (FOTO)

    “Kapitalbank” şəhidlərin qanpulundan pul tutur - ...

    12-10-2018, 10:39

  • 
  • Nazirlik bəzi şəhid ailələrinin 11 min manatlıq yardımla bağlı narazılığına münasibət bildirib

    Nazirlik bəzi şəhid ailələrinin 11 min manatlıq ...

    15-10-2018, 11:28

  • 
  • Prezidentdən şəhid ailələri ilə bağlı SƏRƏNCAM: 11 manat ödəniləcək

    Prezidentdən şəhid ailələri ilə bağlı SƏRƏNCAM: ...

    19-04-2018, 11:19

  • 
  • Şəhid ailələrinə 11 min manat nə vaxt ödəniləcək? — VİDEO

    Şəhid ailələrinə 11 min manat nə vaxt ödəniləcək? ...

    25-05-2018, 13:26


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu