GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » BQXK-nin nümayəndəsi Rüfət Səfərovla görüşüb

BQXK-nin nümayəndəsi Rüfət Səfərovla görüşüb

Tarix: 23-10-2018, 13:34 Bölmə :Cəmiyyət Baxış: 325
BQXK-nin nümayəndəsi Rüfət Səfərovla görüşüb


Ötən həftənin sonunda Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin əməkdaşları hazırda 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovla görüşüb. Bu barədə Amerikanın Səsinə vəkil Bəhruz Bayramov bildirib.

Onun szölərinə görə, BQXK-nin nümayəndələri R.Səfərovun sağlamlıq durumu, qidalanması və saxlanma şəraiti ilə maraqlanıblar.

“Rüfət Səfərov hazırda saxlanma şəraitinin, qidlanmasının və ona qarşı münasibətin normal olduğunu bildirib”, vəkil qeyd edib.

R. Səfərov hüquqi və universal humanitar prinsipləri təşviq etdiklərinə görə nümayəndəliyin əməkdaşlarına təşəkkür edib, ona qarşı əvvəllər olan işgəncə faktına görə ərizəsinin Avropa Məhkəməsi tərəfindən icraata qəbul edildiyini bildirib.

“BQXK-nin nümayəndələri bir müddət öncə R. Səfərovun işgəncə və qeyri-insani rəftara məruz qalması ilə əlaqədar Azərbaycan hökumətini, eləcə də insan haqqları sahəsində fəaliyyət göstərən digər beynəlxalq təşkilatları məlumatlandırıb”, bu barədə isə Amerikanın Səsinə R.Səfərovun atası Eldar Sabiroğlu deyib.

Keçmiş müstəntiq Rüfət Səfərov parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu 2015-ci ildə Azərbaycanın yüksək vəzifəli rəsmilərinin ünvanına sərt çıxışlar edib. Həmin ilin dekabrında Rüfət Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.

Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də əvvəlki fikirlərindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub. Elə məhkəmə zalında da həbs edilib.

9 saylı Cəzaçəkmə Müəssisində saxlanılan Rüfət Səfərov 2017-cı il sentyabrın 21-də cəzaçəkmə müəssisəsindəki qanunsuzluqlara etiraz olaraq qeyri-müəyyən müddətə aclığa başladığı barədə bəyanatla çıxış edib. Səfərov sentyabrın 22-də işgəncəyə məruz qaldığını bildirib.

O, cəzaçəkmə müəssisəsində saxlandığı müddətdə bir neçə dəfə cərimə kamerasına salınıb. Eyni zamanda Səfərovun ailəsi dəfələrlə oğullarının həyatının təhlükədə olması barədə ictimaiyyətə və hökumətə müraciətlər edib.

Həmçinion vəkil Bəhruz Bayramov işgəncə faktının araşdırılması üçün prokurorluğa müraciət edib. Xəzər rayon Məhkəməsi Rüfət Səfərovun işgəncəyə məruz qalmaması ilə bağlı prokurorluğun qərarını qüvvədə saxlayıb. Azərbaycan məhkəmələri Rüfət Səfərovun şikayətini təmin etmədiyindən o Avropa Məhkəməsinə şikayət edib. Avropa Məhkəməsi Səfərovun şikayətini icraata götürüb.

Öz növbəsində Penitensiar Xidmət Rüfət Səfərova qarşı işgəncə faktının olmasını təkzib edib. Cəzaçəkmə müəssisələrində məhbusların qanunvericilik və daxili intizam qaydalarına uyğun saxlanıldığını bildirib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüfət Səfərov və Cavid Şirəliyev həbsxanada aclığa başlayıb

    Rüfət Səfərov və Cavid Şirəliyev həbsxanada ...

    22-09-2017, 13:28

  • 
  • Martın 19-da Rüfət Səfərovun apellyasiya şikayətinə ilkin baxış olacaq

    Martın 19-da Rüfət Səfərovun apellyasiya ...

    19-03-2018, 11:49

  • 
  • BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər

    BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz ...

    1-07-2015, 09:58

  • 
  • BQXK NÜMAYƏNDƏLƏRİ DİLQƏM ƏSGƏROV VƏ ŞAHBAZ QULİYEVƏ BAŞ ÇƏKİB

    BQXK NÜMAYƏNDƏLƏRİ DİLQƏM ƏSGƏROV VƏ ŞAHBAZ ...

    12-10-2018, 19:54

  • 
  • Dilqəm və Şahbazdan ailələrinə xəbər gəldi

    Dilqəm və Şahbazdan ailələrinə xəbər gəldi ...

    1-07-2016, 17:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu