Qarabağ qazisi Qoşqar Hacıyevin səhhəti kəskin pisləşib.
GundemXeber.Az bildirir ki, bu barədə EGE hospitalının mətbuat xidmətinin rəhbəri Türkan Məmmədli məlumat verib. Onun sözlərinə görə, Qoşqar Hacıyev təcili olaraq Bakıda fəaliyyət göstərən EGE Hospitala yerləşdirilib:
“Qoşqar Hacıyev hazırda komadadır. Başında çox sayda qəlpə var, dəfələrlə beyin əməliyyatı keçirib. Qarabağ qazisi bizim hospitalda fəaliyyət göstərən Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) yüksək ixtisaslı mütəxəssisləri Neyrocərrah Dos. Dr. Özkan Tehli və Anestezioloq-Reanimatoloq Uzm. Dr. Serkan Şenkalın nəzarətindədir”.
Qeyd edək ki, Qarabağ qazisi Qoşqar Hacıyevin müalicəsinin öncə Türkiyədə GATA-da davam etdirilməsi üçün müvafiq işlərə başlanılsa da, GATA-nın yüksək ixtisaslı mütəxəssislərinin Bakıda fəaliyyət göstərən EGE Hospitala çalışdıqları üçün Türkiyəyə göndərilməsinə ehtiyac qalmayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?