Rusiyanın Krasnodar diyarında yağan leysan yağışları nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb, 1 nəfər isə itkin düşüb.
Gundemxeber.Az xəbər verir ki, bunu yerli Fövqəladə Hallar Xidmətindən bildiriblər.
Leysan nəticəsində Tuapse, Apşeron rayonlarında, Soçi şəhəri ətrafındakı Lazer rayonunda 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Yaralılardan 3 nəfərə tibbi yardım göstərilib. İtkin düşən bir nəfərin taleyi isə naməlumdur.
Məlumata görə, 27 yaşayış məntəqəsində 6000 sakinin, o cümlədən 900-dən çox uşağın yaşadığı 1700 evi su basıb, 1500 hektarlıq bağ sahəsi su altında qalıb. Təhlükəsizlik məqsədi ilə 380 nəfər, o cümlədən 99 uşaq təxliyyə edilib.
Bundan başqa, 4700 nəfərdən çox insanın olduğu 18 sərnişin qatarının reysi gecikib.
Təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədi ilə hadisə yerinə 700 nəfərdən çox əməkdaş, 150 ədəd texnika, o cümlədən, 3 qəza-bəpra qatarı cəlb edilib.
Sinoptiklərin proqnozuna əsasən, oktyabrın 25-də siklon Krasnodar diyarı və Adıgey Respublikası ərazisinə təsir göstərməkdə davam edəcək./report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?