Xilasedicilər Rusiyanın Krasnodar diyarında tikilməkdə olan estakadadan dənizə düşən avtobusun qəzaya uğradığı bölgədə həlak olan 17-ci adamın cəsədini aşkar ediblər. Bu barədə regionun fövqəladə hallar xidmətindən bildiriblər.
***11:49
Krasnodar diyarında avtobusun dənizə düşməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb. Xilas edilən 24 nəfərdən 8-i xəstəxanaya yerləşdirilib. Dənizə düşmüş avtobus artıq kran vasitəsilə çıxarılıb. Avtobus "Tamannefteqaz" neft-qaz şirkəti üçün estakada tikən şirkətə məxsusdur. O, işçiləri tikinit yerinə aparırmış. Rusiyanın İstintaq Komitəsi faktla bağlı Cinayət Məcəlləsinin 264-cü maddəsi (ehtiyatsızlıq üzündən insanların ölümü ilə nəticələnən yol hərəkəti qaydalarının pozulması və nəqliyyat vasitələrinin istismarı) ilə cinayət işi açıb.
***10:56
Rusiyanın Krasnodar diyarında işçiləri daşıyan avtobus estakadadan dənizə düşüb. Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən hadisə nəticəsində 12 nəfərin həlak olduğu bildirilib. Məlumata görə, 20 nəfər xilas edilib, 3 nəfərin taleyi naməlumdur. Qəza Temryuk rayonundakı Volna yaşayış məntəqəsində baş verib. Sudan xilas edilənlərdən dörüdünün vəziyyəti ağırdır. Onlar huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb./report.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?