GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Birinci vitse-prezident qazimizlə bağlı göstəriş verib – “Gülhanə” Hərbi Hospitalına göndərilib

Birinci vitse-prezident qazimizlə bağlı göstəriş verib – “Gülhanə” Hərbi Hospitalına göndərilib

Tarix: 26-10-2018, 00:47 Bölmə :Cəmiyyət Baxış: 316
Birinci vitse-prezident qazimizlə bağlı göstəriş verib – “Gülhanə” Hərbi Hospitalına göndərilib


Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrimizə və qazilərimizə göstərdiyi böyük diqqəti ölkəmizdə insanlarımızınm, demək olar ki, hamısı bilirlər. Şəhid ailələrimiz, qazilərimizlə görüşlərdə, bir sıra çıxışlarında da hər zaman insanlarımızı şəhid ailələrinə və qazilərə diqqət və qayğı göstərməyə çağırıb. Bu sözləri millət vəkili Qənirə Paşayeva qazi Qoşqar Hacıyevin komaya düşməsi və xəstəxanaya yerləşdirilməsindən narahat olanlara müraciətlə qeyd edib.

Millət vəkili bildirib ki, Qoşqar birbaşa Mehriban xanımın diqqət və qayğısı nəticəsində Türkiyənin “Gülhanə” Hərbi Hospitalına göndərilmiş və onun müalicəsi birbaşa Mehriban xanımın nəzarəti altında olmuşdur:“Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyilə Qoşqar qardaşımız “Gülhanə” Hərbi Hospitalında əməliyyat olunub və 1 il 1 ay müddətində orada qalaraq lazımi müalicələri alıb. Bu müddət ərzində o hər zaman diqqət altında olub və bütün dəstəyi Mehriban xanım göstərib. Bakıya qayıtdıqdan sonra Hərbi Hospitalda müalicəsi davam etdirilib. Qoşqar qardaşımız ağır yaralıdır və bir müddət əvvəl vəziyyətində yenidən ağırlaşma baş verib və ailəsi bundan çox narahat olub. Vəziyyətin ağırlaşması fonunda bəzi şəxslərin və ya güclərin ailənin narahatlığını “dövlət qazisinə sahib çıxmır” və s. kimi doğru olmayan, sadəcə düşməni sevindirən məlumatlarla paylaşmasını üzüntü ilə və ciddi narahatlıqla izlədik”.

Millət vəkili vurğulayıb ki, bu, dövlətimizin maraqlarına zərbə vuran və düşmən sevindirən addımlardır:“Digər tərəfdən, hər zaman qazimizin yanında olan o insanlara haqsızlıq edildiyini gördüyüm və onların da çıxıb əslində qazimizə hər zaman dəstək olduqlarını söyləməyəcəklərini bildiyim üçün bunları qeyd edirəm. Çünki Mehriban xanım və rəhbərlik etdiyi kollektiv şəhid ailələrimiz və qazilərimizə dəstəyi hər zaman özlərinə bir borc sayırlar və bu istiqamətdə gördükləri işlərlə bağlı mətbauata adətən məlumatlar vermirlər”.

Millət vəkili Qoşqar Hacıyevlə bağlı məlumat alan kimi Hərbi Hospitala getdiyini, hospitalın rəhbəri ilə ailə üzvlərinin, qazimizin dostlarının iştirakı ilə vəziyyəti müzakirə etdiyini bildirib: “Ailəsi qazimizin yenidən qardaş Türkiyəyə göndərilməsini xahiş etdi. Bu məsələni 1-ci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın köməkçisi, Heydər Əliyev Fondunun direktoru Anar müəllimə çatdıranda onun dediyi söz “Hər zaman qazimizin yanındayıq” oldu. Sonra zəng edərək bildirdi ki, ailəsi narahat olmasın, qazimizlə bağlı Mehriban xanım bütün lazımi dəstəyin göstərilməsini tapşırıb və bu dəstək göstəriləcək. “Gülhanə” ilə danışıqlara başlanıldı. Cəmi bir neçə saat sonra isə qazimizin qardaşı İlqar bəy zəng edərək, Qoşqar qardaşımızı “Gülhanə”də müalicə edən həkimlərin Bakıda EGE Hospitalda çalışdıqları barədə məlumat aldıqlarını və Qoşqar bəyin Türkiyəyə getməsini də məhz bu həkimlər üçün rica etdiklərini bildirərək, “Həmin həkimlər Bakıda çalışırsa, Türkiyəyə ehtiyac yoxdur, EGE Hospitalda həmin həkimlərin nəzarətində müalicə ala bilər” dedi. Qoşqar qardaşımız artıq həmin xəstəxanaya köçürülüb. Bu barədə davamlı olaraq Qoşqar bəyin vəziyyəti ilə maraqlanan Anar bəyə məlumat verildi və o, Mehriban xanımın qazimizin müalicəsi ilə bağlı ciddi tapşırıqlar verdiyini, diqqətdə saxladığını və bütün dəstəklərin müalicə dövründə göstəriləcəyini bildirdi. Bu gün EGE Hospitalda həm Qoşqar qardaşımızı ziyarət etdik, həm ailəsi ilə birlikdə Türkiyədən gəlmiş həkimlərlə, xəstəxana rəhbərliyi ilə görüşdük. “Mehriban xanımın hər zaman qazilərimizə dəstəyi bizim üçün də örnəkdir” dedilər və Heydər Əliyev Fondundan nümayəndələrin gəldiyini, həm qazimizin vəziyyəti ilə maraqlandıqlarını, həm də gərəkən bütün dəstəyin Mehriban xanımın tapşırığı ilə göstəriləcəyini söylədiklərini bildirdilər. Qazimizin əziz anası və bütün ailəsi Mehriban xanımın diqqətindən çox razı qaldılar və təşəkkürlərini söyləməmizi xahiş etdilər. Mən də öz adımdan və Qoşqar qardaşımızı sözün əsl mənasında düşünən bütün insanlar adından Mehriban xanıma bir daha gözəl addımı və örnəyi üçün təşəkkür edirəm. Yenə gözəl bir addımla hər birimizə örnək oldu. Anar müəllimə, EGE Hospitala, türkiyəli həkimlərə qazimizə diqqətləri və qayğıları üçün təşəkkür edirəm. Çox ağır vəziyyətdə olan Qoşqar qardaşımızın vəziyyətində bir az da olsa, müsbət irəliləyiş var. Allah yardımçısı olsun və dualarınızı əskik etməyin”.

Millət vəkili bildirib ki, bu yazıdan sonra Qoşqarla bağlı sadəcə düşmən sevindirən şəkil və yazılar paylaşanlar onları səhifələrindən çıxaracağına inanır:

“Dövlətimizi qorumaq hamımızın borcudur. Qazimizin hər zaman yanındayıq. Dualarınızı bol edin. Bu gün reanimasiyada qapıdan anası, qardaşı, döyüş dostu Razi bəy və digər dostlarla onunla qısa söhbət etməyə çalışdıq, onun üçün dualar etdiyimizi söylədik. Cavab verə bilməsə də, bizi duyduğunu hiss etmək çətin deyildi. Allah yardımçısı olsun. Allah ailəsinə də hər zaman kömək olsun”./Axar.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehriban Əliyeva şəhid anaları ilə görüşəcək...

    Mehriban Əliyeva şəhid anaları ilə görüşəcək... ...

    7-04-2016, 14:15

  • 
  • Qarabağ qazisi komaya düşüb

    Qarabağ qazisi komaya düşüb ...

    25-10-2018, 15:57

  • 
  • Mehriban Əliyeva Xanım Qafarovanı İsrailə göndərir

    Mehriban Əliyeva Xanım Qafarovanı İsrailə göndərir ...

    10-07-2014, 02:06

  • 
  • Deputat: "Mehriban xanımın adından istifadə edirlər"

    Deputat: "Mehriban xanımın adından istifadə ...

    22-06-2013, 22:58

  • 
  • İSESKO rəhbəri: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan qadınının yüksək statusunu göstərir"

    İSESKO rəhbəri: "Mehriban Əliyevanın Birinci ...

    3-03-2017, 23:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (271)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu