Bağça müdiri, müdirin müavini hakim qarşısına çıxarılıb. Təqsirləndirilənlərdən üçüncüsü isə bağçanın işçisidir.
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində çoxmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Onlardan yalnız Aləmzar Əliyeva həbsdədir. Digər iki şəxs isə ev dustaqlığındadır.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmədə hazırlıq iclası davam etdirilib.
Məhkəmə prosesdə təqsirləndirilən şəxslərdən ev dustaqlığında olan T.Bağırovanın məhkəməyə gəlmədiyi elan olunub. Sabiq məktəb direktoru məhkəməyə gec də olsa gəlib çata bilib.
Prosesə sədrlik edən hakim T.Bağırovaya xəbərdarlıq edib.
T.Bağırova gecikməsinə səbəb kimi məhkəmə iclasının vaxtını unutduğunu göstərib.
Prosesdə zərərçəkmişlər mülki iddialarını məhkəməyə təqdim ediblər.
Onların qeyd edib ki, 2000-3500 manat pulu bağçaya müəllim kimi düzəlmək üçün T.Bağırova ilə A.Əliyevaya verib.
A.Əliyeva isə zərərməkmişlərin bir neçəsindən pul aldığını təsdiqləyib. Bildirib ki, həmin pulları T.Bağırovaya verib.
Həbsdə olan Əliyeva keçmiş müdiri Bağırovanı ittiham edib. Bildirib ki, zərərçəkmişlər keçmiş direktorun istəyi ilə pulu ona vermələri barədə ifadə verirlər.
Zərərçəkmişlər isə söyləyib ki, Əliyeva özünü həmişə direktprdan üstün tutub: "Deyirdi ki, direktor heç kimdir. Burda mənim sözüm keçir".
Məhkəmənin hazırlıq iclası noyabrın 5-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
Məlumata görə, T.Bağırova və müdir müavini A.Əliyeva “Şamaxinka” adlanan ərazidə yeni açılacaq uşaq bağçasına onlardan işə qəbul edəcəklərinə dair söz verərək pul alıb.
T.Bağırova və A.Əliyeva işə düzəldəcəyi qadınlara iki gündən sonra səliqəli geyimdə bağçanın açılışına gəlmələrini deyib. Bir neçə qadın da deyilən vaxt həmin ünvana gəlib. Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb.
Daha sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına şikayət edib. Cinayət işində 19 zərərçəkmiş var.
Həbs edilən Aləmzar Əliyeva həbs edilmədən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində işləyib./musavat.com
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?