Bu günə qədər Azərbaycanda sahibkarlara 6,8 mln. manat ixrac təşviqi ödənilib.
Gundemxeber.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib. Onun sözlərinə görə, bunun 3,7 mln. manatı 2018-ci ilin əvvəlindən bəri ödənilib. “İxrac təşviqi alan sahibkarlar məhsullarını əsasən ABŞ, Kanada, Rusiya, Qazaxıstan, Ukrayna, Belorus, Moldova, Gürcüstan, Latviya, Çexiya, Polşa, Çin, Cənubi Koreya, Malayziya, Avstraliya və digər ölkələrə ixrac ediblər”, - deyə o, qeyd edib.
Sorğu
Yeni dizaynımız necədir?