Bildiyniz kimi Həcc, Məşəd, Kərbəla ziyarətgahları inanclı insanlarmız üçün müqqəddəs ziyəratgahlardan saylır. Hər il dünyanın çox yerindən bu ziyarətgahları ziyarət etməyə milyonlarla insan gedir. Təəssüflər olsun ki, bəzən ziyarət zamanı xoşagəlməz hallar da baş verir. Bildiyniz kimi, bir neçə gündür ki, inanclı insanların Kərbəla ziyarəti davam edir. Ölkəmizdən 30 minə yaxın inanclı insanın bu ziyarətgahı ziyarət etməyə getdiyi bildirilir
Gundemxeber.az bildirir ki,bu barədə Azerbaycanrealligi.com-a məlumat daxil olub ki, Masallı şəhərindən Salam Tur adlı şirkətlə ziyarətə gedən 1998 ci il təvəllüdlü Fətullayev Hüseyn İltimas oğlu həbs olnub. Belə ki, Hüseyn ziyarət zamanı gecə havanın soyuq olduğu üçün tanımadığı bir maşına oturaraq özünü soyuqdan qorumağa çalışıb. Hüseyni maşında yuxu tutaraq yatıb. Digər bir maşın isə onun yatdığı maşına çırpılıb. Elə bu zaman hadisə yerinə gələn hüquq - mühafizə orqanları Hüseynin yatdığı maşının düzgün istiqamətdə saxlanmadığını əsas gətirərək günahı həmin maşında görüblər. Daha sonra Hüseynin yatdığı maşın sahibi hadisə yerinə gələrək bildirib ki, Hüseyni tanımır və maşını da burada saxlamayıb. Bir sözlə, maşını Hüseyn qeyri - qanunu olaraq idarə edən zaman bu hadisə baş verib. Maşının sahibi dəymiş ziyanın dərhal ödənilməsini tələb edib. Hesablama zamaanı məlum olub ki, Hüseyn zərərçəkənə ümumilikdə 6800 dollar ziyan vurub. Hüseyn bu dəymiş ziyanı ödəyə bilmədiyi üçün onu zindana salıblar.
Hal - hazırda 2 gündür ki, həbsdə saxlanılır.
Məsələ ilə bağlı Hüseynin valideynləri ilə əlaqə saxladıq, onlar baş vermiş hadisəni təsdiq etdilər. Amma hadisənin hansı şəraitdə, necə baş verdiyindən xəbərsizdirlər. Bildirdilər ki, zəng etmişdi, vəziyyəti çox pisdir. Oranın qanunlara görə həbsxanada yemək də verilmir, yalnız gün ərizində 2 dəfə şərbət verilir. Təbii ki, fiziki cəhətdən bir insanın buna dözmü də çox tab gətirə bilməz. Hal-hazırda Hüseynin valideynləri ümid edirlər ki, zəvvarları ziyarətgaha aparan Salam Tur şirkəti onlara köməklik göstərə biləcək
Etibarlı mənbələrdən aldığımız məlumata görə Salam Tur şirkətinə Hacı Nurlan adlı şəxs rəhbərlik etsə də, şirkət tanınmış dini xadim Haci Şahinə məxsusdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?