Abşeron rayonunda təmizlik və yaşıllaşdırma işləri çərçivəsində noyabrın 2-də Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumilikdə 150 nəfərin iştirak etdiyi növbəti ümumrayon iməciliyi keçirilib.
Ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək məqsədi daşıyan aksiyada rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və sakinləri iştirak ediblər.
Rayon sakinlərinin bu işdə böyük maraqla iştirak etməsi nəticəsində Hökməli –Qobu avtomobil yolunun hər iki tərəfində ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və 5000 ədəd müxtəlif növ həmişəyaşıl ağac əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.
Bütün bunlarla yanaşı rayon rəhbərinin tapşırıq və tövsiyələri əsasında daxili imkanları hesabına Hökməli –Qobu yolununun sağ və sol hissəsi başdan-başa hasarlanıb, suvanıb, səliqəylə rənglənib, dekorativ ağac və gül kolları əkilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?