Feysbuk sosial şəbəkəsində Məşədi Dadaş məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin meyxana deyilən məclisdə oturub haqqında deyilən meyxanaya qulaq asdığını əks etdirən video paylaşılıb.
Maraqlıdır ki, bir dövlətin təyin etdiyi axundların arxasında namaz qılmayan bəzi dindarların əsas bəhanələri, həmin axundun toylarda iştirak edərək musiqi dinləməsi olur. Belə olan halda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi olan Hacı Şahinin musiqi məclisində iştirak etməsi və meyxanaçıların onun haqqında oxuduqları meyxananı maraqla dinləməsi şəriyət qaydalarına uyğundurmu...?
Sosial şəbəkədə paylaşılan video haqqında ictimaət tərəfindən müxtəlif fikirlər səsləndirilib . Həmin məclisdə qeyri-adi bir şey olmadığını və məclisdə ancaq dini musiqilərin dinlənildiyini yazanlarla bərabər, Hacı Şahinin özü-özünə meyxana qoşdurduğunu deyib ilahiyyatçını kəskin tənqid edənlər də olub.
Yaqin ki, şəriətlə musiqinin hansı formalarının haram buyurulduğunun isə ən düzünü ilahiyyatçılar deyəcəklər.
GundemXeber.Az saytı "youtube" -də yayımlanan Eqreb tv kanalına istinadən həmin videonu təqdim edir:
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?