Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
Gundemxeber.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elməddin Məmmədli saxlanılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?