GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda 3 uşaq anasına qarşı həkim amansızlığı - “AYTƏN SƏFƏROVA SƏHVİNİ GİZLƏTMƏK ÜÇÜN ONU ÖLÜMLƏ ÜZ-ÜZƏ QOYDU...”

Bakıda 3 uşaq anasına qarşı həkim amansızlığı - “AYTƏN SƏFƏROVA SƏHVİNİ GİZLƏTMƏK ÜÇÜN ONU ÖLÜMLƏ ÜZ-ÜZƏ QOYDU...”

Tarix: 14-11-2018, 15:48 Bölmə :Cəmiyyət Baxış: 793
Bakıda 3 uşaq anasına qarşı həkim amansızlığı - “AYTƏN SƏFƏROVA SƏHVİNİ GİZLƏTMƏK ÜÇÜN ONU ÖLÜMLƏ ÜZ-ÜZƏ QOYDU...”


Bakı şəhər sakini 33 yaşlı Gülçin Nəsib qızı Aslanova bu ilin mayında “Caspian İnternational Hospital”da qeysəriyyə əməliyyatı ilə 3-cü övladını dünyaya gətirib, amma ailənin sevinci uzun sürməyib, qadının qarnı sürətlə şişib, şiddətli ağrıları başlayıb.

Əməliyyatı aparan həkim-ginekoloq Aytən Səfərova Aslanovanı təkrar müayinə edib, qadına bağırsaq keçməzliyi diaqnozu qoyulub, müalicəyə başlanılıb. Ağrılar azalmadığından ailə başqa klinikaya müraciət edəndə bəlli olub ki, əməliyyat zamanı qadının sidik kisəsi deşilib, qarın boşluğuna maye yığılıb, üstəlik yanlış diaqnoz əsasında qəbul edilən dərmanlar da bir tərəfdən orqanizmə mənfi təsir göstərib.

Gülçin Aslanova virtualaz.org-a müraciət edərək başına gələnləri danışıb. Onun sözlərinə görə, son 5 ayda daha 2 ağır əməliyyat keçirib, amma hələ də tam sağalmayıb, keçirdiyi sarsıntılar nəticəsində körpəsinə qulluq edə, ana südü ilə qidalandıra bilmir.

“Həkim mənə əməliyyatdan sonra fəsad yarandığını söyləmədi, halbuki əvvəlcədən bilsəydim dərhal əməliyyat olunardım, bu qədər əzab-əziyyət çəkməzdim. Sonradan bildim ki, səhvini gizlətmək üçün müalicə adı ilə məni yubadırmış”, -Aslanova deyir.

Həkim Aytən Səfərova hər gün yerli telekanallarda reklam edilir, ekspert qismində şou-proqramlara dəvət olunur. Aslanova etiraf edir ki, məhz buna görə də Səfərovaya inanıb.

Gülçinin həyat yoldaşı Ramil Aslanov isə deyir ki, sonuncu əməliyyat 4 saat çəkib, qarın boşluğundan 10 litrdən çox maye boşaldıblar. “Sözlə ifadə olunmayacaq qədər dəhşətli ağrıları vardı, nəfəs ala bilmirdi, bütün bədəni şişmişdi. Həkimlər dedilər ki, bir qədər gec müraciət etsəydik Gülçini xilas etmək mümkün olmayacaqdı. Ən ağrılısı isə odur ki, həkim Aytən Səfərova əməliyyatdan sonra fəsad yarandığını bilib, amma gizlədib, 3 uşaq anasını amansızcasına ölümlə üz-üzə qoyub”, -Aslanov deyib.

Ramil Aslanov danışır ki, həyat yoldaşı keçirdiyi uğursuz əməliyyatdan sonra mənəvi və fiziki əzablar çəkdiyindən yeni doğulan körpəyə ana qayğısı göstərə bilmir: “Həyat yoldaşım həm sağlamlığından oldu, həm də maddi ziyana düşdük. Bu müddət ərzində dəfələrlə müraciət etsək də, Aytən Səfərova reaksiya vermədi, əksinə köməkçisinin vasitəsi ilə xəbər göndərərək saymazyana bildirdi ki, hara istəsək şikayət edə bilərik, onun güvənə biləcəyi adamlar var. Yeganə istəyim odur ki, həkim cəzasız qalmasın, bizim aylarla çəkdiyimiz əzab-əziyyəti başqaları da yaşamasınlar”.

Aslanovlar ailəsi 50 min manat təzminat ödənilməsi, çəkilən xərclərin geri qaytarılması tələbi ilə Səbail Rayon Məhkəməsində klinikaya qarşı iddia qaldırıb. Ayrıca Bakı Şəhər Prokurorluğuna müraciət edilərək Aytən Səfərovanın cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunub. Bakı Şəhər Prokurorluğu isə işə baxılması üçün sənədləri Səbail Rayon Prokurorluğuna göndərib.

Aslanovun sayta təqdim etdiyi ekspertiza rəyində göstərilir ki, Gülçin Aslanovada sidik kisəsinin perforasiyasının (toxuma tamlığının pozulması) olduğu müəyyən edilib. Bu zədələnmənin 18.05.2018-ci ildə hospitalda üzərində edilən keysər kəsiyi cərrahiyyə əməliyyatı zamanı baş verməsi inkar olunmur. Həm məhkəmə, həm də prokurorluq işi təkrar ekspertizaya göndərib.

“Caspian İnternational Hospital”dan bildiriblər ki, Aytən Səfərova hazırda onlarla çalışmır, ailənin iddiasına isə yalnız həkim özü cavab verə bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Komaya düşən qadının bacısı danışdı

    Komaya düşən qadının bacısı danışdı ...

    13-01-2014, 23:49

  • 
  • “Modern Hospital”da faciə: mədəsini kiçiltmək istədi, klinikada öldü – FOTOLAR

    “Modern Hospital”da faciə: mədəsini kiçiltmək ...

    16-10-2018, 10:56

  • 
  • “Caspian Hospital”da faciə: körpəsini yenicə qucağına alan ana öldü

    “Caspian Hospital”da faciə: körpəsini yenicə ...

    3-09-2018, 22:52

  • 
  • "İki balamla ümidlə gözlədim, amma bu da SON!" - Aytən Səfərova ÜSYAN ETDİ

    "İki balamla ümidlə gözlədim, amma bu da ...

    20-07-2017, 17:57

  • 
  • Pənah Hüseynovla “Medistyle Hospital”ın işi prokurorluqda – Təfərrüat

    Pənah Hüseynovla “Medistyle Hospital”ın işi ...

    31-05-2018, 15:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu