GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Merya, “Unibank” və Maliyyə Nazirliyi “Sovetski”də mülkiyyətə necə yiyələndi?

Merya, “Unibank” və Maliyyə Nazirliyi “Sovetski”də mülkiyyətə necə yiyələndi?

Tarix: 20-11-2018, 13:58 Bölmə :Cəmiyyət Baxış: 411
Merya, “Unibank” və Maliyyə Nazirliyi “Sovetski”də mülkiyyətə necə yiyələndi?


Bakı şəhərinin mərkəzi ərazisində günün günorta çağı sakinlərin “Sovetski”dəki mülkləri dəyər-dəyməzinə ələ keçirilir. Yəqin ki, ölkənin baş şəhərinin sözügedən bölümünün ən görkəmli, məmurların dili ilə desək, ən “prestijni” yeri olduğunu vurğulamağa ehtiyac yoxdur.

Bakılıların mülklərinə yiyəlik hüququ tanınsa, gerçək anlamda evlərinin alqı-satqısı sonucunda milyonçu olardılar. Di gəl ki, hökumətin BŞİH, Yasamal Rayon İcra Hakimiyyəti və Maliyyə Nazirliyinin başbilənlərindən təşkil etdiyi komissiya mülk yiyələrinə yalnız yaşayış sahəsinin hər kvadrat metrinə görə 1500 manat, yardımçı tikililərə görə isə bu məbləğin 50-70 faizində ödəmə təklif edir. Düzdür, məbləği nüfuzlu komissiya hesablayıb, di gəl, bu hesablamada bir çox çalarlar, nüanslar yaddan çıxıb. Başlıca unudulan nəsnə sosial ədalət prinsipi, narahatçılıq üçün, çətinliklərə görə kompensasiya və tikilinin altındakı torpaq sahəsinin dəyərinin ödənilməməsidir. Alıcı dövlət komissiyası torpağın Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışının olmamasını əsas tutub, ödənişdən imtina edir. Çıxarışı olanlar isə, sözün gerçək anlamında aldadılırlar.
Bəşir Səfəroğlu-7 ünvanda 2 sotluq həyətyanı torpağa çıxarışı olan Xəlilova Həmayıl xanımın əmlakından əvəzi ödənilmədən məhrum edilməsini maliyyə, bank, icra hakimiyyətinin mütəşəkkil fırıldağı kimi dəyərləndirmək olar. Dörd ailənin yaşadığı böyük mülk “Unibank”ın kredit borcuna qurban verilib. Bank müştərinin manatla kredit götürmək istəyini nəzərə almadan mülk yiyəsinə 90 min dollar kredit verib. Devalvasiya krediti şişirtməsin deyə, alqı-satqı müqaviləsi əsasında evinin və torpağının dəyərini tələb edən xanımı 3 ildən çox süründürən Bakı şəhəri İcra Hakimiyyətindəki komissiya, beləcə borcun 221 minə qalxmasına nədən olub. Maraqlıdır ki, ortalıq 2 ay öncə ölkənin 1-ci vitse-prezidentinə müraciətlə torpağının dəyərinin ədalətli bazar qiymətinə uyğun ödənilməsini diləyən Həmayıl xanımı BŞİH-dəki komissiya “Unibank”ın təmsilçisi ilə birlikdə qarşılayıb. Yəni, təklif olunan onqat az məbləğdən imtina edilsə imiş, mülk yiyəsi hələ mülkün dəyərindən əlavə borca düşəcəkmiş. Beləcə, xanımı borc qarşısında 2 sotluq torpaq sahəsinə görə cəmi 97 min manata razı olmağa məcbur ediblər. Belə çıxır, şəhərin mərkəzində torpağın bir sotunun bazar qiyməti 29 dollardır? Sözügedən ərazidə torpağın sotunun bu məbləğdən onlarla dəfə çox -250-300 dollar arasında olmasını həmin ərazidəki torpaq bazarı sübut edir.
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında “20 aprel 2010-cu il tarixli qanunun 58-ci maddəsində torpağın qiymətinin onun bazar qiymətinə uyğun müəyyən edilməsi üçün 100 (bazar olmadıqda 250 və 500 ) metrədək olan məsafədə mövcud olan alınacaq torpağa uyğun torpağın bazar qiymətinin əsas götürülməsi təsbit olunub. Həmin qanunun 63-cü maddəsinə görə, narahatçılıq üçün kompensasiya, 66-cı maddəsinə görə alınmanın təsirinə məruz qalan şəxsin alınan yaşayış sahəsində yaşayış müddətindən asılı olaraq ödənilən ümumi məbləğin 5 faizindən 10 faizinə kimi çətinliyə görə kompensasiya ödənilməlidir. Bunlar da ödənilmir. Elə Həmayıl Xəlilovanın adına “Unibank”a ödənilən 340 min manatın 10 faizi, yəni 34 min manatlıq çətinliyə görə kompensasiyanı da Maliyyə Nazirliyinin, BŞİH-nin, Yasamal rayon İcra hakimiyyətinin birgə komissiyası mənimsəyib. Bu da olur dövlət ehtiyacları üçün torpağın ədalətli alqısı...
Onu da vurğulayaq ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun 1.1.2 maddəsində “torpaq” dedikdə tikilinin altında yerləşən torpaq sahəsinin də nəzərdə tutulması təsbit olunub. Bu isə o deməkdir ki, vətəndaşın mülkünün altındakı torpağın çıxarışını tələb edib, kompensasiya ödəməkdən imtina etmək yolverilməzdir. Belə bir imtina “Sovetski” sakinlərinin torpağından maliyyə, icra hakimiyyəti qurumlarının gen-bol yararlanması məqsədi güdür. Mülk, altındakı torpaq mülk yiyələrini yox, onu rüşvət (oxuma dövlət) ehtiyacı üçün alanları kompensasiya yiyəsi edir.

Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Maliyyə Nazirliyi bildirir ki, “Sovetski” sakinləri bir kvadrat metrə görə 1500 manatdan çox almayacaqlar

    Maliyyə Nazirliyi bildirir ki, “Sovetski” ...

    3-03-2014, 16:16

  • 
  • Hökumətin “Sovetski” planında yenilik

    Hökumətin “Sovetski” planında yenilik ...

    2-05-2014, 09:57

  • 
  • Generalın “Sovetski” xarabalıqlarındakı 1 milyonluq mülkü...

    Generalın “Sovetski” xarabalıqlarındakı 1 ...

    16-04-2015, 12:11

  • 
  • "Sovetski" sakinləri kompensasiya ilə razılaşmır(VİDEO)

    "Sovetski" sakinləri kompensasiya ilə ...

    8-02-2014, 00:53

  • 
  • Yasamal İcra Hakimiyyətində “Sovetski” korrupsiyası

    Yasamal İcra Hakimiyyətində “Sovetski” ...

    7-05-2014, 09:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (388)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu