GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İki qurum “arasında qalan” uşaq bağçaları - ASAN xidmətə verilir?

İki qurum “arasında qalan” uşaq bağçaları - ASAN xidmətə verilir?

Tarix: 22-11-2018, 11:15 Bölmə :Cəmiyyət Baxış: 801
İki qurum “arasında qalan” uşaq bağçaları - ASAN xidmətə verilir?


Ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin problemləri aktual olaraq qalır.

Parlamentin büdcə müzakirələri zamanı da bu sahəyə bir daha toxunuldu. İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova uşaq bağçalarının İcra hakimiyyətlərinin tabeliyindən çıxarılaraq Təhsil Nazirliyinə verilməsini təklif etdi. Uşaq bağçalarının problemlərindən bəhs edərkən ilk növbədə bu müəssisələrin sayının az olmasını qeyd etmək lazımdır. Özəl uşaq bağçalarında ödəniş haqqının yüksək, dövlət bağçalarının sayının isə az olması valideynləri çıxılmaz vəziyyətə salır.

Uşaqları bağçaya aparan valideynlərə bu müəssisələrdə adətən “yer yoxdur” cavabı verilir. Bu səbəbdən də xüsusilə anaların bir qismi işləmək imkanından məhrum olurlar. Uşaq bağçalarının sayının az olması xüsusilə mərkəzdən kənarda yaşayan sakinlərə problem yaradır. Bağçaya uşaq qəbulu ilə bağlı bir sıra başqa neqativ amillərə də rast gəlinir. Bu məsələdə ən çox adı hallanan mərkəzdə yerləşən uşaq bağçalarıdır.

Digər tərəfdən isə uşaq bağçalarında tədris və tərbiyənin səviyyəsi ilə bağlı problemlər var. Bu məsələ bütünlüklə bağçaların hamısını əhatə etməsə də, bir sıra bağçalarda məktəbəqədər hazırlığın səviyyəsinin çox aşağı olduğu bildirilir. Bu məsələ xüsusilə bölgələrdə daha aktual xarakter daşıyır. Hazırda məktəbəqədər təhsil müəssisələri İcra hakimiyyətlərinin tabeliyində olsa da, bu müəssisələrə faktiki olaraq nəzarət mövcud deyil. Heç olmasa paytaxtda uşaq bağçalarının infrastrukturunun yenilənməsi ilə bağlı bir sıra işlər görülüb. Rayonlarda əksinə, icra hakimiyyətlərinin tabeliyinə verildikdən sonra bağçaların infrastrukturu ümumiyyətlə dağılıb.
Amma qeyd etmək yerinə düşərdi ki, problemlər bağçalar Təhsil Nazirliyinin tabeliyində olanda da vardı.

Xatırladaq ki, uşaq bağçaları 2011-ci ilin dekabrına qədər Təhsil Nazirliyinin tabeçiliyində olub. Bu tarixdən isə Nazirliyin tabeliyindən alınaraq İcra hakimiyyətlərinin tabeliyinə verilib. Məktəbəqədər təhsil müəssisələrinin Nazirliyin tabeliyindən çıxarılmasına da bu sahədə olan problem və şikayətlərin yol açdığını demək olar.
Uşaq bağçalarının icra hakimiyyətlərindən alınması məsələsi ilk dəfə Təhsil Nazirliyi tərəfindən də gündəmə gətirilib. Nazirlik bunu qurumun ümumtəhsilin ilk pilləsi olan uşaq bağçalarına nəzarət funksiyasını yerinə yetirə bilməməsi və buna görə də məktəbə hazırlığın səviyyəsinin aşağı düşməsi ilə əsaslandırır.

Qeyd edək ki, bir sıra ekspertlər də hesab edirlər ki, bağçalar Nazirliyin tabeliyinə verilməlidir.

Təhsil eksperti Elşən Qafarov da bir qədər əvvəl “Cümhuriyət” qəzetinə verdiyi açıqlamada bildirib ki, Azərbaycan Respublikasının Təhsil Qanunun və dövlətin təhsil prinsiplərinə əsasən, təhsilin bütün pillərilə arasında əlaqə və vəhdətlik mövcuddur. Bu baxımdan da o, bağçaların Nazirliyin tabeçiliyinə verilməsinin vacib olduğunu bildirib. Təhsil eksperti də qeyd edib ki, Nazirliyin məktəbəqədər təhsil müəssisələrinə müdaxilə edə bilməməsi bu müəssisələrdə olan neqativ halların qat-qat çox olması ilə nəticələnib və bu müəssisələrdə təhsilin çöküşünə səbəb olub. Elşən Qafarov, eləcə də bir sıra ekspertlər hesab edirlər ki, bağçalar Nazirliyin tərkibinə qaytarılmalı və bu məsələ ləngiməməlidir.

Məsələnin digər tərəfi isə Nazirliyin tabeliyində olan müəssisələrdə təhsilin səviyyəsi ilə bağlıdır. Bu gün orta məktəblərdə də təhsilin səviyyəsi aşağıdır. Bu baxımdan uşaq bağçalarının yenidən Nazirliyin tərkibinə qaytarılması hansı irəliləyişə səbəb olacaq?

Ona görə də bağçaların idarəçiliyinin alternativ üsullarla həyata keçirilməsi ilə bağlı təkliflər də ortaya çıxır. Məsələn, hesab edilir ki, bağçalara qəbul prosesi “ASAN xidmət”in səlahiyyətlərinə verilə bilər. Xatırladaq ki, belə bir təcrübə peşə məktəbləri ilə bağlı həyata keçirilib. Peşə təhsili Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində qalsa da, bu məktəblərə qəbul “ASAN-Peşə” layihəsi üzrə “ASAN xidmət” mərkəzləri tərəfindən ödənişsiz qaydada həyata keçiilir.

Bunun bəzi neqativ halların qarşını aldığı qeyd olunur. Bu təcrübənin baxçalara da şamil olunmasının məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulunda müsbət irəliləyişlərə səbəb olacağı güman edilir. Doğrudur, qəbulun hansısa qurumun səlahiyyətində olması yer azlığı problemini həll etmir. Yer çatışmazlığı probleminin həlli, əsasən, bağçaların sayının artırılmasından keçir. Hesab olunur ki, dövlət bu sahəyə ayrılan vəsaitləri çoxaltmalı və bölgələr üzrə məktəbəqədər təhsil müəssisələrinin sayı artırılmalıdır. Bağçaların publik hüquqi şəxslərə çevirilməsi ilə bağlı da təkliflər mövcuddur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Uşaq bağçaları yenidən Təhsil Nazirliyinə qaytarılacaqmı?

    Uşaq bağçaları yenidən Təhsil Nazirliyinə ...

    19-11-2013, 11:53

  • 
  • Uşaq bağçaları ilə bağlı yeni məlumat yayıldı

    Uşaq bağçaları ilə bağlı yeni məlumat yayıldı ...

    18-11-2013, 15:01

  • 
  • Bağça və məktəblər küçə uşaqlarından imtina edir

    Bağça və məktəblər küçə uşaqlarından imtina edir ...

    21-02-2014, 20:00

  • 
  • Uşaq bağçalarında biabırçı vəziyyət

    Uşaq bağçalarında biabırçı vəziyyət ...

    14-12-2013, 23:33

  • 
  • Ombudsman bağçalara nəzarətin Təhsil Nazirliyinə verilməsini təklif edir

    Ombudsman bağçalara nəzarətin Təhsil Nazirliyinə ...

    7-11-2018, 15:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu