Bakıda dövlət xəstəxanasına yerləşdirilən xəstə əməliyyatdan sonra iflic olub.
Gundemxeber.az unikal.org-a istinadən xəbər verir ki, hadisə bu gün Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında baş verib. Belə ki, 1962-ci il təvəllüdlü Akif Paşayev prostat əməliyyatı keçirib. Xəstə əməliyyatdan iflic olub və komaya düşüb. Hazırda A. Paşayev reanimasiyaya yerləşdirilib. Xəstənin yaxınları baş verən hadisədə həkimləri günahkar bilir: Dünən A.Paşayev prostat əməliyyatı keçirib. Bu gün səhərə yaxın səhhəti kəskin pişləşdi. Bunun üçün səhər saat 07:00-də Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından həkim çağrılsa da, nevropatoloq 3-4 saatdan sonra gəlib çıxıb. Həkim gəlib, əməliyyat etsə də xəstənin səhhətində heç bir irəliləyiş qeydə alınmayıb. Əksinə A.Paşayevin vəziyyəti daha da ağırlaşıb. Xəstə hazıda komadadır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?