“Azel.TV” saytının baş redaktoru Əfqan Sadıqlı noyabrın 27-də Prezident Administrasiyasının qarşısında saxlanılıb.
Əfqan Sadıqlının həyat yoldaşı Sevinc Sadıqovanın yerli mediayalara verdiyi məlumata görə Ə.Sadıqlı mülki geyimlilər tərəfindən onun yanında maşına mindirilərək aparılıb.
Jurnalistin həyat yoldaşı bildirib ki, heç bir izahat vermədən, jurnalisti zorla maşına mindirib aparıblar və hara apardıqları barədə dəqiq məlumat verməyiblər.
Sonradan onun 9-cu polis bölməsinə aparıldığı xəbərini alan Sevinc Sadıqovaya bölmədən jurnalistin orada olmadığını, Sabail Rayon Polis İdarəsinə aparıldığını bildiriblər. Səbail Rayon Polis İdarəsindən isə deyiblər ki, Əfqan Sadıqlı orada yoxdur.
Əfqan Sadıqov bu ilin iyulun 9-da Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Azərbaycanda yaranmış enerji problemi və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə bir qrup şəxslə birgə saxlanılıb və 30 sutka həbsə məhkum edilib.
2016-cı ilin noyabrın 22-də saxlanılmışdı. O, CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunuraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan jurnalistin cəzası 1 il azaldılmışdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?