GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Nazim İbrahimovun qardaşından “milyonluq” ifadə: - “Mənzilləri satıb, pulları isə...”

Nazim İbrahimovun qardaşından “milyonluq” ifadə: - “Mənzilləri satıb, pulları isə...”

Tarix: 28-11-2018, 16:28 Bölmə :Cəmiyyət Baxış: 429
Nazim İbrahimovun qardaşından “milyonluq” ifadə: - “Mənzilləri satıb, pulları isə...”


Sahib İbrahimovun istintaqa ifadəsi məlum olub.

Dələduzluqda, vergidən yayınmaqda və vəzifə saxtakarlığında təqsirləndirilən Sahib İbrahimovun istintaqa ifadəsi məlum olub.

Məşhur İbrahimovlar ailəsinin bir üzvü olan Sahib Bakıda mənzil tikintisi ilə məşğul olub. Onun bir qardaşı, hamımızın tanıdığı hacı İbrahim Nehrəmli də bu sahədə fəaliyyət göstərib. Ən sonuncu və yarımçıq qalan işi isə “Xəzər adaları” olub. Bu layihə həm də Nehrəmlini bitirən iş kimi yadda qalıb. Digər qardaşları Nazim İbrahimov isə 16 il Diasporla İş üzrə Dövlət Komitəsinin sədri işləyib.

Sahib İbrahimov 50-dən çox vətəndaşa 3 milyon manatdan artıq pul “atmaq”da, 1,5 milyon manat pulu vergidən yayındırmaqda, qanunsuz sahibkarlıqla məşğul olaraq 1 milyon manat gəlir əldə etməkdə, vəzifə saxtakarlığında ittiham olunur.

O, istintaqın ilkin mərhələsində həbs olunub və Kürdəxanı təcridxanasında “yatıb”. Zərərin bir hissəsini ödədikdən sonra azadlığa buraxılıb. Hazırda ev dustaqlığında olan Sahib İbrahimovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyeva baxır.

S.İbrahimov ifadəsində bildirib ki, biznes fəaliyyətinin ilk illərində tanınmış milyonçu İsgəndər Xəlilovla birgə işləyib: “1996-cı ildə universiteti bitirəndən sonra sahibkarlıqla məşğul olmağa başlamışam. 2004-cü ildə qaynım Taleh Abdullayev “Sahil D Kompani” MMC-ni təsis edib. 2006-cı ildə “İSR Holdinq”lə şifahi razılaşma əldə olunub ki, onların Xətai rayonunda yerləşən torpaq sahəsində hümdürmərtəbəli yaşayış binasını “Sahil D Kompani” tiksin. “İSR Holdinq” isə bu işdən pay alacaqdı. 2007-ci ildə Taleh Abdullayev payının 25 faizini mənə, 45 faizini İlham Qasımova, qalanını isə Mercan Hasan, Mercan Mövlana Əli, Mercan Ebubekir Bülent və Süleyman Ecevitə satdı. Taleh şirkətin direktoru vəzifəsinə öz qohumu Məzahir Cəfərovu təyin etdi. Məzahir Cəfərov da rəhmətə gedib. Bundan sonra bütün mənzilləri Məzahir Cəfərov satdı.

1999-cu ildə 95 faiz payı mənə aid olan “STS” şirkətini təsis etdim, direktor da Məzahir Cəfərov oldu. Bizim şirkət Səttar Bəhlulzadə 14 ünvanında yaşayış binasının tikintisinə başladı. 2006-2008-ci illərdə bina tikilib vətəndaşlara satıldı. Satışı da Məzahir Cəfərov həyata keçirdi. 2008-ci ildə bina dövlət tədbiri ilə əlaqədar söküldü və oradan bina alanların bəzilərinə nağd pul verildi, bir çoxuna isə M. Cəfərov tərəfindən “Sahil D Kompani”nin tikdiyi binadan mənzil verildi. “STS” və “Sahil D Kompani” şirkətlərinin möhürü həmişə Məzahir Cəfərovda olub. Bir dəfə mən Məzahirdən möhürü istəyəndə verməkdən imtina etdi və itirdiyini dedi. Mən də Talehə müraciət edib MMC-nin yeni möhürünü çıxartdırdım. O möhürü də Məzahirə verdim. Sonradan mən bilmişəm ki, Məzahir bir neçə adamdan pul alaraq saxta imza ilə 2-ci möhürlə onlara mənzil satıb.

Mən “Sahil D Kompani”nin tikdiyi yaşayış binası üçün 16,6 milyon dollar xərcləmişəm, amma Məzahir Cəfərova “STS” şirkəti adından “Sahil D Kompani”nin tikdiyi binadan mənzil satması göstərişini verməmişəm. Məzahir mənim xəbərim olmadan öz imzası ilə “STS”in möhürünü vuraraq “Sahil D Kompani”nin mənzillərini satıb, pulları isə İlham Qasımovla birgə xərcləyib.

Həmin binadan mənzil alan şəxslərin əksəriyyəti ilə görüşməmişəm, onlardan pul almamışam. O vətəndaşlarla Məzahir Cəfərov görüşüb, alqı-satqını da o həyata keçirib. Amma Zabit Hüseynovun Teymur Əliyev küçəsində yerləşən villasını mən almışam və razılığımız belə olub ki, ona 500 min dollar və 7 mənzil verəcəyəm. Nağd pulu onlara vermişəm, mənzillərin də əksəriyyətini onların adına keçirmişəm. Sadəcə 100 min manat borcum qalıb, onunla bağlı a borc müqaviləsi imzalamışam, qaytarmağa imkanım olmayıb”.

Sahib İbrahimov Həsən Əliyev küçəsində “Galaxy Palace” MMC-nin tikdiyi 8+ mansard tipli binadan satılan mənzillərə görə yaranan vergi borcu ilə bağlı yalnız özünü təqsirli bilib və MMC-dəki digər vəzifəli şəxslərin, mühasiblərin bundan məlumatsız olduğunu deyib.

S.İbrahimov əlavə edib ki, 1 milyon 438 min manat vergi borcundan istintaq dövründə 37 min manat ödəyib. Qalan pulu isə ödəmək imkanının olmadığını bildirib: “Bu binanın satışından əldə olunan pul vəsaitləri dövlətin göstərişi ilə Səttar Bəhlulzadə küçəsindəki binanın sakinlərinin köçürülməsinə sərf olunub. Həmin bina mənzillər satıldıqdan sonra dövlət ehtiyacları üçün sökülüb və biz dövlət tərəfindən veriləcək kompensasiyanı ala bilmədiyimiz üçün vergini ödəyə bilməmişik”.

Sahib İbrahimov zərərçəkmişlərə dəyən 3 milyon manat məbləğində ziyanı ödəyib. Onlardan biri, Etibar Allahverdiyevə olan 141 min manat borca görə Baş Prokurorluğun Beynəlxalq Bankdakı hesabına 126 min manat köçürüb. Qanunsuz sahibkarlıqla əldə etdiyi 1 milyon manatlıq gəlirlə bağlı ödəniş etməyib./qafqazinfo.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazim İbrahimovun qardaşı həbsdən azad edildi

    Nazim İbrahimovun qardaşı həbsdən azad edildi ...

    13-09-2018, 22:54

  • 
  • Hacı İbrahim Nehrəmlinin qardaşının məhkəməsi başlayıb

    Hacı İbrahim Nehrəmlinin qardaşının məhkəməsi ...

    21-11-2018, 12:17

  • 
  • Nazim İbrahimovun qardaşının şok dələduzluqları - İTTİHAM

    Nazim İbrahimovun qardaşının şok dələduzluqları - ...

    22-11-2018, 14:40

  • 
  • Hacı İbrahim Nehrəmlinin qardaşının cinayət işi məhkəməyə göndərilib, 52 zərərçəkmiş var

    Hacı İbrahim Nehrəmlinin qardaşının cinayət işi ...

    13-11-2018, 11:00

  • 
  • İbrahimovun həbs olunan qardaşının cinayət dosyesi - Adam ölümü, vergi cinayəti, mənzil dələduzluğu...

    İbrahimovun həbs olunan qardaşının cinayət ...

    3-08-2018, 22:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (268)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu