ABŞ-da Rusiyanın seçkilərə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerin prezident Donald Trampa ünvanladığı suallar və prezidentin bu suallara verdiyi cavabların məzmunu KİV-lərə sızdırılıb.
Gundemxeber.az Virtualaz.org-a istinadla xəbər verir ki, Amerika telekanalları xüsusi prokurorun prezident Trampa göndərdiyi suallardan ikisi barədə məlumat yayıb.
Bunlardan biri 2016-cı ilin iyulunda Nyu-Yorkdakı “Trump Tower” biznes mərkəzində azərbaycan əsilli rusiyalı oliqarx Araz Ağalarovun və oğlu Emin Ağalarovun təşkilatçılığı ilə baş tutmuş görüş barədədir. Həmin görüşdə Trampın oğlu kiçik Donald və kürəkəni Jared Kuşner və rusiyalı vəkil Natalya Veselnitskaya iştirak ediblər. Görüş Hillari Klinton barədə kompromatlar ötürmək üçün təşkil edilmişdi. Kompromatları isə yazışmalara əsasən Araz Ağalarova baş prokuror Yuri Çayka ötürmüşdü.
Lakin görüş başlayanda məlum olub ki, Veselnitskayanın əlində əslində heç bir kompromat mövcud deyil. Ən azından Trampın oğlu bu görüş barədə Senatda keçirilən dinləmələrdə belə demişdi.
Telekanallar xəbər verir ki, Tramp bu görüş barədə əvvəlcədən heç nə bilmədiyini yazıb. Prezidentin xüsusi prokurora cavabları yazılı formada göndərilib. Tramp deyib ki, cavabları özü yazıb, üstəlik xüsusi çətinlik çəkmədən. Bildirilir ki, Trampın Rusiya ilə mümkün gizli əlaqələr barədə bütün suallara cavabı mənfidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?