GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ağalarov-Tramp-Veselnitskaya qalmaqalı böyüyür

Ağalarov-Tramp-Veselnitskaya qalmaqalı böyüyür

Tarix: 12-07-2017, 11:51 Bölmə :Dünya Baxış: 562
Ağalarov-Tramp-Veselnitskaya qalmaqalı böyüyür


ABŞ-da prezident Donald Trampın Rusiya ilə əlaqələrini və Kremlin Amerika seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller azərbaycanlı oliqarx Araz Ağalarovun və oğlu Emin Ağalarovun Trampın oğlunu rusiyalı vəkillə görüşdürməsi faktını araşdırmağa başlayıb.

Bu barədə CNN telekanalının yaydığı məlumatda deyilir. Bildirilir ki, xüsusi prokuror Donald Tramp-juniorla hüquqşünas Natalya Veselnitskaya arasında təmasların bütün detallarını araşdıracaq.

Trampın oğlunun ötən ilin yayında Emin Ağalarovun təklifi ilə Nyu-Yorkdakı “Trump Tower” də rusiyalı vəkil Natalya Veselnitskaya ilə görüşdüyünə dair məlumatı bir gün əvvəl “The New York Times” yayıb. Geniş rezonansa və qalmaqala səbəb olan bu məlumatın yayılması prezident Trampın Almaniyanın Hamburg şəhərində G20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə ilk görüşündən sonraya təsadüf edib. Həmin görüşdə tərəflər iki ölkə arasında münasibətlərin qaydaya salınmasına dair danışıqların başlanmasında anlaşma əldə etmişdilər.

CNN bildirir ki, Donald Trampın oğlu bundan əvvəl də xüsusi prokurorun təhqiqat obyekti olub. Onun biznes əlaqələri araşdırılıb. İndi isə Robert Müller, keçmiş FTB direktoru prezidentin oğlunun elektron yazışmalarını, habelə Rusiya hakimiyyətinin maraqlarını təmsil etdiyi deyilən hüquqşünas Veselnitskaya ilə görüşünü araşdıracaq.

Xatırladaq ki, görüş barədə məlumatın yayılmasından sonra Trampın oğlu Veselnitskaya ilə görüşə dair Tvitter yazışmalarını yayıb. Həmin yazışmalar Trampın oğlu ilə musiqişünas Rob Qoldsteyn arasında gedir. Qoldsteyn Trampın oğluna bildirir ki, Rusiyadan ona Hillari Klintonun əleyhinə kompromatlar ötürmək istəyirlər. O, həmin məlumatı Emin Ağalarovdan aldığını bildirir. Qoldsteynin yazdığına görə Emin Ağalarova da məlumatı atası Araz Ağalarov çatdırıb. Hansı ki, Ağalarov öz növbəsində Klinton barədə kompromatlara dair informasiyanı hansısa “krallıq prokuroru”undan alıbmış. Həmin prokuror Ağalarovdan xahiş edib ki, Trampın seçki qərargahı ilə əlaqə yaratsın və Hillari Klinton barədə “məxfi dosyenin” olduğunu onlara çatdırsın. Ehtimal olunur ki, söhbət baş prokuror Yuri Çaykadan gedir. Çayka bu iddiaları şərh etmir.

Yazışmalara əsasən Trampın oğlu Rusiyadan Klinton barədə kompromatları qəbul etməyə razılaşır. Lakin onun bildirdiyinə görə, Veselnitskaya ilə görüşdə məlum olur ki, vəkil əslində heç bir məxfi dosyeyə malik deyil və ümumi məzmunlu söhbətlər edir. Nəticədə Trampın oğlu görüşü yarımçıq kəsir.

Prezident Tramp oğlunun Veselnitskaya ilə bağlı yazışmalarını açıqlamasını bəyənir. O, bu hərəkətinə görə oğlunu “yüksək keyfiyyətli adam” adlandırıb. Lakin Trampın oğlunun şəffaflıq nümayiş etdirməsi tonqalın üstünə yağ tökmək kimidir. Çünki prezidentin oğlu etiraf edir ki, atasının rəqibi barədə Rusiya hakimiyyətindən kompromat qəbul etməyə hazır olub. Və bu məqam Rusiyanın Amerika seçkilərinə Trampın xeyrinə müdaxiləsi barədə qalmaqalı daha da dərinləşdirəcək. Tramp-junior-Veselnitskaya-Ağalarov əlaqələri barədə üzə çıxan məqamlar artıq ABŞ prezidentinə qarşı kütləvi media hücumunun yeni mərhələsini başladıb./virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Trampın oğlu "Klintona dair məlumat üçün seçki zamanı Rusiya vəkili ilə görüşüb"

    Trampın oğlu "Klintona dair məlumat üçün ...

    10-07-2017, 13:38

  • 
  • Putinlə Trampın görüşünə bu qədər adam qatılacaq

    Putinlə Trampın görüşünə bu qədər adam qatılacaq ...

    7-07-2017, 11:01

  • 
  • Məmmədovlar klanı xüsusi prokuror Robert Müllerin hədəfində

    Məmmədovlar klanı xüsusi prokuror Robert Müllerin ...

    21-05-2017, 19:32

  • 
  • "G20" sammiti başladı — Qısa xülasə

    "G20" sammiti başladı — Qısa xülasə ...

    7-07-2017, 14:54

  • 
  • Putinlə Trampın görüş vaxtı bəlli oldu

    Putinlə Trampın görüş vaxtı bəlli oldu ...

    4-07-2017, 17:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu