Neçə müddətdir ki, 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestinin rəhbəri olmuş Yusif Təvəkkül oğlu Nəsirovun keçən ilin fevral ayında müəmmalı şəkildə intihar etməsi istiqamətində araşdırma materiallarımızı təqdim etməkdəyik. Qeyd edək ki, artıq bu məsələ barədə müəyyən hüquqi gəlişmələr də var. Belə ki, saytı bilgiləndirən hüquq-mühafizə orqanlarındakı mötəbər mənbənin iddialrına görə sözügedən intihar həddinə çatdırma faktı üzrə yenidən istintaq hərəkətlənməsi üçün zəmin hazırlanmaqdadır və məsələ dövlətin müvafiq qurumlarının diqqət mərkəzindədir.
Qeyd edək ki, əslində bu gün bəziləri tərəfindən (bu barədə isə yetərincə məlumatlar paylaşmışıq -red.) müxtəlif formada ittiham olunan və hətta az qala dələduz kimi təqdim olunan Yusif Nəsirovun ailə üzvləri deyilənlərlə nəinki barışmır, hətta intihar səbəbinin hüquq-mühafizə orqanları tərəfindən diqqətlə araşdırılmadığını, hadisəyə əadlətli hüquqi qiymətin verilmədiyini iddia etməkdədirlər.
Bununla bağlı mərhumun ailə üzvləri ilə görüşən DİA.AZ əməkdaşına deyilənlər bunlar oldu:
- İddia edirlər ki, Yusif Nəsirovun külli miqdarda borcu olub və buna görə intihar edib. Yəni borcu qaytara bilmədiyinə görə. Bu nə qədər həqiqətdir? - Əgər bir adam bizneslə məşğul olursa, onun borcu da olar, ona borcu olanlar da. Amma Yusifin kimlərisə aldatması, kimlərinsə pulunu mənimsəməsi - bütün bunlar ağ yalandır. Əksinə, hər şey tam əksinə baş verib və olduqca sadəlövh olan Yusf məhz uşaq kimi inanmasının səbəbindən tələyə salınıb. - Ümumiyyətlə, Yusif Nəsirov neəc ailə başçısı, necə ata idi? - Vallah, bütün onu tanıyanlar Yusifin necə yaxşı adam olduğunu indi də təsdiqləyər. Neçə imkansıza əl tutub sağlığında. Ailədə də eləcə idi. Ondan kimsə narazılıq etməyib. Olduqca diqqətli idi. Biznesində də uğursuz olmayıb. Amma son illərdə problemlərinin olduğunu hiss etdim. Evə məhkəmə kağızı gəldi ki, borcu var. Soruşduq ki, bu nə borcdur... bildirdi ki, boş şeydir, dostlar arasında razılaşdırılmış formal anlaşmadır. Kiməsə borcu yoxdur. İşinə görə, belə bir addım atıb. Sonradan öyrəndik ki, kiməsə yaxşılıq edib, əvəzində də bu hadisə baş verdi. İntihara qədər gətirildi...
Dia.az əməkdaşı ilə söhbətində mərhumun ailə üzvləri bildirdilər ki, Yusif Nəsirovun barəsində bu gün mətbuatda yazılan şər-şəbədə onlarda mənəvi sarsıntı yaradıb. "Kim belə bir dəhşəti götürər. Həm Yusifi itirəsən, həm də ona böhtan atalar" deyən ailə üzvlərinin son sözü o oldu ki, həm ölkə prezidentindən, həm də hüquq-mühafizə orqanlarının rəhbərlərindən - ölkənin baş prokurundan keçən ilin 25 fevral tarixində baş vermiş bu intihar hadisəsinin təkrarən istintaq tərəfindən araşdırılmasını xahiş edirlər. Onlar bununla bağlı rəsmi qaydada Prezident İlham Əliyev cənablarına, 1-ci Vitse-Prezident Mehriban xanım Əlyevaya və Baş Prokruro Zakir Qaralova rəsmi qaydada müraciət etməyə hazırlaşdıqlarını da bildirdilər...
Biz isə öz növbəmizdə mərhuma bir daha "Allah rəhmət eləsin" deyərək hüzünlü ailə üvləri ilə vidalaşdıq. Amma söz verdik ki, biz də bir media orqanı olaraq baş vermiş bu faciəli sonluğa əadlətli qiymətin verilməsi üçün əlimizdən gələni edəcəyik. Çünki bu, bizim həm də vətəndaşlıq borcumuzdur...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?