Hörmətli redaksiya, yazdıqlarınızdan belə çxır ki, DGK-nə yeni təyin olunmuş sədr Səfər Mehdiyev Komitədə hansısa dəyişikliklər edəcək. Yazdığınıza doğrudanda inanırsınız? Mən necə illərdir bu gömrükdən keçirəm. Özümdə olamsam bizim mallar keçir. Həmişədə hər şeyin və hər kəsin haqqını verirəm. Əvvəldə beləolub indidə belədir. Sizi inadırım ki, eyni adamlar və eyni üslüb görürəm. Düzdür bəzi gömrükçülər dəyişir, əvvəl monoolistlər açıq orda fironluq edirdilər.İndi isə onları elə gömrükçülər əvəz edib.Səfər Mehdiyev gələni isə heç nə dəyişməyib.Yenə haqqı alırlar.Dahada artırıblar. Əvvəl alınan 1 manatın üstünə 40-50 qəpikdə qoyublar. Səfər Mehdiyev sadəcə yuxarılrda dəyişiklik edərək öz kadrlarını gətirdi.İş üslübuda, alınan rüşvətlərdə öz yerindədir. İnanmırsınızsa bir dəfə gəlin özünüz gömrükdən keçin.Onada görərsiniz. Amma elə gəlin ki, elə bilsinlər sadəcvətəndaşsınız. Yoxsa o şou göstərən jurnalistlər kimi yox. Düşüb Səfər Mehdiyevin arxasına güya gömrüyü yoxlayırlar. Ay hay. Həmdə hörmətli redaksiya güya Səfər Mehdiyev bəyəm qıraqdan zaddan gəlib. Elə o komitədə sədrin 1 ci müavini idi. Bütün o neqativ dediyiniz işlərin içində idi.Yoxsa o sədrin 1-ci müavini ola bilərdi? Ordan konvertdə hər ay böyük summalarda “paket” ala bilərdi? Ona görə nə özünüzü nə də bizi yormayın. Səfər Mehdiyv sadəcə öz komandasını yığır və yenədə gömrükdə bizim dərimizi soyurlar. Dedikıləri haqqdan 1 qəpik aşağı ver görüm malın keçə bilir? Hörmətlə: Emil Teref.az olaraq sosiall şəbəkələrdə gömrükdə baş verən neqativ hallarla bağlı dəfələrlə yazılarla rastlaşmışıq. Lakin ümid edirik ki, vəziyyət heç də Emil bəyin yazdığı qədər pis deyil və DGK-i Prezidentin etimadını doğruıdacaq. Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!/Teref.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?