Hələ prezident seçkilərindən öncə belə bir informasiya yayıldı ki, Dövlət Gömrük Komitəsi ilə Vergilər Nazirliyi birləşdiriləcək. Doğrudur, bu, baş vermədi. Amma əvəzində həm gömrüyün, həm də Vergilər Nazirliyinin rəhbərləri dəyişdirildi.
Təhsil sistemində uğursuzluğu ilə diqqət çəkən Mikayıl Cabbarov Vergilər Naziri oldu, gömrük sistemində əsas inhisarçı kimi tanınan və DGK sədrinin 1-ci müavini olarkən daha çox qphumbazlığı və qrup maraqçısı kimi tanınan Səfər Mehdiyev isə DGK-nə rəhbər gətirildi.
Yəni islahatlar bununla bitmiş kimi göründü. Amma vəziyyət heç də göründüyü kimi deyil.
Bununla bağlı DİA.AZ-a danışan mötəbər mənbə bildirir ki, əslində hələ 7-8 il əvvəlindən bir çox beynəlxalq qurumlar Azərbaycanda qeyd olunan istiqamətdə struktur islahatlarının vacibliyini önə çəkməkdədir.
Mənbənin söylədikləri: "Məsələ hər iki qurumun birləşdirilməsindən və səmərəli fəaliyyətinin təşkilindən ibarətdir. Hazırki yeni rəhbərlik də köhnə dönəmin qaydalarından xilas ola bilmədi. Mikayıl Cabbarovla bağlı məsələ aydın idi. Onun nəyisə dəyişməsi imkansızdır. Təhsil Naziri olarkən hansısa dərslikdə bir mətni dəyişə bilməyən Mikayıl Cabbarovun Vergilər Naziri kimi fəaliyyətə başlaması, əslində vaxt öldürməyə bənzəyir. Səfər Mehdiyev isə bu gömrük korrupsiyasının ən pardaxlayan fiqurudur. Belə birisindən islahat gözləmək də yersizdir. Deməli hər iki dəyişiklik, əslində aralıq dövrü doldurmaq xarakteri daşıyır".
Mənbə iddia edir ki, yaxın günlərdə ər iki qurum ləğv oluna bilər. Dia.az-a söylənilənlər:
"Belə bir gözlənti var. Səfər Mehdiyev də, mikayıl Cabbarov da yola salınacaq. Hər iki qurumun birləşmiş rəhbərliyinə isə tamamən başqa birisinin gətirilməsi gölənilir".
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?