Gundemxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2000- ci il təvəllüdlü Sona Əliyeva dekabrın 4-də axşam saatlarında zəhərlənmə diaqnozu ilə Yevlax rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım bölməsinə gətirilib. Dünən xəstəxananın reanimasiya şöbəsində vəfat edib. O, evdə arıqlamaq üçün kömür tabletkası qəbul edib. Ölümün səbəbini müəyyən etmək məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilib. Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?