GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda keçmiş icra başçısının şirkəti binanı söküb “aradan çıxdı”, cinayət işi qaldırıldı - FOTO/VIDEO

Bakıda keçmiş icra başçısının şirkəti binanı söküb “aradan çıxdı”, cinayət işi qaldırıldı - FOTO/VIDEO

Tarix: 11-12-2018, 16:02 Bölmə :Cəmiyyət Baxış: 435
Bakıda keçmiş icra başçısının şirkəti binanı söküb “aradan çıxdı”, cinayət işi qaldırıldı - FOTO/VIDEO

Nazirlər Kabinetinin pilot layihələri çərçivəsində Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yerləşən 2 nömrəli arxitekturalı bina ötən ilin yayında sökülüb. Binada yerləşən46 mənzilin sakinləri “İnsaat Konstruksiyalari MMC” ilə alqı-satqı müqavilələri bağlayaraq evlərini tərk ediblər və kirayə mənzillərə köçürülüblər. Sakinlərə bildirilib ki, onların mənzillərinin yerində “pilot layihə” çərçivəsində yeni 18 mərtəbəli yaşayış binası inşa ediləcək və onlara da həmin binada mənzillər veriləcək.

Lakin söküntüdən uzun müddət keçməsinə baxmayaraq həmin ünvanda bina tikintisi həyata keçirilməyib.

Sakinlərin virtualaz.org-a bildirdiklərinə görə, ötən il onlara şirkətin nümayəndəsi qismində Rəsul Əhmədov onlara müraciət edərək iki il müddətinə binanı hazır edərək sakinləri ora köçürəcəklərini deyib. Lakin evlərin sökülməsindən xeyli vaxt keçsə də, həmin ərazidə bina tikilməyib. Bundan narahat olan sakinlər ötən il Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək binada tikinti işlərinin nə vaxt başlanacağı ilə maraqlanıblar. Sakinlər deyiblər ki, həmin vaxt bina demək olar ki, sökülmüşdü, yalnız fasadı qalmışdı. Amma yeni binanın heç özülü də qazılmamışdı, ərazi inşaat materiallarının tullantılarının qalaqlandığı zibilliyə çevrilmişdi.

“İnşaat Konstruksiyaları” MMC-nin rəhbəri Rəsul Əhmədov bu dəfə sakinlərə tikinti ilə bağlı sənədlərdə gecikmə olduğunu etiraf edib. Bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni rəhbərliyindən tikinti icazəsini almayıblar: "Hər şey hazırdır, bu gün-sabah məsələ həll olunacaq və sürətlə tikintiyə başlayacağıq" .

Lakin narazı sakinlər bu dəfə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə şikayət edib. Məlum olub ki, Mehdizadə küçəsindəki 2 nömrəli binanın yerində pilot layihə həyata keçirilməyəcək. Komitəsinin sədri Samir Nuriyev Xətai İH-nin nümayəndələrini çağıraraq sakinlərin yanında onlara tapşırıb ki, tikinti şirkətinin nümayəndələrininəhalini aldatmalarına imkan verməsinlər. Çünki onların evlərinin yerində çoxmərtəbəli binanın tikintisi mümkün deyil.

Bakı Şəhər İcra Hakimiyyətindən isə əhaliyə bildirilib ki, hökumət paytaxtda 12 mərtəbədən yüksək binanın tikilməsi qadağan edib. Nəticədə onların binasının yerində 18 mərtəbəli bina tikilməyəcək, sakinləri köçürən şirkətə isə 12 mərtəbəli bina tikmək sərf eləmir.

Araşdırma zamanı məlum olub ki, həmin tikinti şirkəti Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevə məxsusdur.

Bakıda keçmiş icra başçısının şirkəti binanı söküb “aradan çıxdı”, cinayət işi qaldırıldı - FOTO/VIDEO


Nəhayət bu günlərdə İcra Hakimiyyətindən sakinlərə etiraf ediblər ki, onların yaşadıqları binanın sökülməsi “səhv” olub və binanı bərpa edəcəklər. Lakin binanı kim bərpa edəcək, bu müddətdə evsiz sakinlərə kirayə pulunu kim ödəyəcək? Bütün bu suallar açıq qalır. Və sakinlər bildirir ki, “İnşaat Konstuksiyaları” MMC-nin səlahiyyətli şəxslərinə artıq zəng çatmır, onlar “aradan çıxıblar”.

Qalmaqalla bağlı bu gün Baş prokurorluq və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də birgə məlumatla çıxış edib.

Məlumatda deyilir ki, Bakı şəhəri, M.Mehdizadə küçəsi 2-4 saylı ünvanda yaşamış vətəndaşların kollektiv müraciəti əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılmış araşdırma nəticəsində “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları pozulmaqla sözügedən ünvanda mövcud olan yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülmə işlərinin təşkili layihəsi hazırlanmadan və sökülmə işlərinin aparılmasına dair icazə alınmadan 46 sayda mənzil və 3 qeyri-yaşayış obyektinin söküldüyü müəyyən edilib. Və bu barədə toplanmış materiallar aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Aparılmış araşdırmalarla “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxslərinin qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb.

Bakıda keçmiş icra başçısının şirkəti binanı söküb “aradan çıxdı”, cinayət işi qaldırıldı - FOTO/VIDEO

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

“Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti və ya söküntü işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcək»-məlumatda belə deyilir.



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daha bir qondarma MMC Bakıda sakinləri evlərindən qovur - "Bizim ailə" kimin ailəsidir?

    Daha bir qondarma MMC Bakıda sakinləri evlərindən ...

    13-11-2017, 22:22

  • 
  • Yanan bina sakinləri imtina etdilər

    Yanan bina sakinləri imtina etdilər ...

    20-05-2015, 17:38

  • 
  • Bakıda 7-mərtəbəli eyni görkəmli bina inşa olunacaq

    Bakıda 7-mərtəbəli eyni görkəmli bina inşa ...

    27-11-2013, 05:46

  • 
  • “Dedi ki, avtoritetəm, istədiyimi versəz onları bir aya köçürərəm” - Video

    “Dedi ki, avtoritetəm, istədiyimi versəz onları ...

    25-10-2017, 12:07

  • 
  • Bakıda 30 "Xuruşşovka" bina söküləcək - VİDEO

    Bakıda 30 "Xuruşşovka" bina söküləcək - ...

    15-03-2017, 08:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu