GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Məcburi köçkünə məxsus evi kimlər ələ keçirmək istəyir?!...

Məcburi köçkünə məxsus evi kimlər ələ keçirmək istəyir?!...

Tarix: 12-12-2018, 16:37 Bölmə :Cəmiyyət Baxış: 549
Məcburi köçkünə məxsus evi kimlər ələ keçirmək istəyir?!...


Laçın rayonundan Mingəçevir şəhərinə pənah gətirmiş məcburi köçkün ailəsi “Xalq Bank” ASC-nin Mingəçevir filialından 26 yanvar 2010-cu ildə 20.000 (iyirmi min) manat məbləğində kredit götürməklə “Qarabağ düyünü"ndən də ağır və mürəkkəb şəraitlə üzləşəcəklərini ağıllarına belə gətirməmişdilər.

GundemXeber.Az stimulxeber.az-a istinadla bildirir ki, həmin pul vəsaitinə yaranmış kəskin tələbat səbəbindən, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 36, mənzil 1 ünvanında yerləşən özəlləşdirilmiş fərdi yaşayış mənzilini adıçəkilən banka girov qoyaraq, qrafik üzrə ödənişlərinin hər ay vaxtında ödəyiblər. Bir müddətdən sonra ödəniş cədvəlində gecikmələr yarandığı üçün bank məhkəməyə müraciət edib. Xammal və Əmtəə Birjası “Külək” MMC tərəfindən keçirilmiş Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən 36 nömrəli evin 1 nömrəli mənzilinə dair 06.03.2012-ci il tarixli 22/C nömrəli hərrac vasitəsilə məcburi köçkünə məxsus ev satılır. Məcburi köçkün ailəsinə məxsus və faktiki yaşadıqları mənzilin hərraca çıxarılaraq satılması barədə vətəndaşlara heç bir məlumat verilməyib. Yeganə sığınacaq yerini itirəcəyindən narahat olan məcburi köçkün ailəsi isə yaxın qohum və dostlarının köməkliyi ilə mənzil hərracda olduğu müddətdə bütün borclarını ödəyərək sona çatdırır. Bunun ardınca Mingəçevir şəhər məhkəməsinin 2(051)-443/2015 saylı, 01 may 2015c-ci il tarixli icra sənədlərinə əsasən hərracın yekunları barədə protokol etibarsız hesab edilib. Daha sonra “Xalq Bank” ASC apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh “Xalq Bank” ASC tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyib.
Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, məcburi köçkün ailəsi bankdan kredit formasında götürdüyü pul vəsaitlərini faizləri ilə birgə tam ödəməsinə baxmayaraq, nədənsə “Xalq Bank” ASC hərraca çıxarılaraq satdığı evi köçkün ailəsinə qaytarmaq istəmir. Məntiqi bir sual yaranır. Vətəndaş bankdan kreditə götürdüyü 20.000 (iyirmi min) manat pul vəsaitini faizləri ilə birgə banka niyə ödəyib və yaxud bank həmin vəsaitləri hansı adla öz hesabına qəbul edib?
Laçın rayonundan olan məcburi köçkün ailəsinin başçısı Budaqov Şakir Xanlar oğlunun redaksiyamıza ünvanladığı şikayət ərizəsində və bizə təqdim olunan hüquqi sənədlərdə əks olunanları araşdırdıqca, məhkəmələrdə labirintə düşmüş, bir çox xəstəliklərə düçar olmuş ailə başçısının halına acımamaq olmur. Qalaq-qalaq toplanmış sənədlər arasında başını itirmiş Şakir Budaqov nə edəcəyini bilmir. Yuxarıda sizə təqdim etdiyimiz faktlar 9 ildir ki, davam edən məhkəmə çəkişmələrinin cüzi bir hissəsidir. Növbəti yazılarımızda Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası və Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən qəbul olunmuş qərarlarla bir daha yaxından tanış olacağıq.
Şikayətçini dinlədikcə, baş verənlərin daha dərin qatlarına enmək və ətraflı araşdırma aparmaq zərurəti ortaya çıxır. Məcburi köçkün ailəsinin başına gətirilənlər bir məqaləyə sığmadığı üçün bu mövzuya silsilə formasına qayıtmaq məcburiyyətindəyik.
Məlumat üçün qeyd edək ki, toxunduğumuz problem hələ də məhkəmə müstəvisində araşdırılma mərhələsindədir. Ümid edirim ki, məhkəmə baş verən olaylara hüquqi cəhətdən aydınlıq gətirəcək, vətən həsrətilə qovrulan məcburi köçkün ailəsinin ev həsrətinə son qoyacaq.
Araşdırmalarımız davam edir. Yazıda adıçəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Ardı var...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məcburi köçkün polisi bıçaqla hədələdi

    Məcburi köçkün polisi bıçaqla hədələdi ...

    28-08-2013, 10:23

  • 
  • Özünü “Qaçqınkom”un binasından atmaq istəyən məcburi köçkünə 4 otaqlı ev verildi

    Özünü “Qaçqınkom”un binasından atmaq istəyən ...

    14-08-2018, 00:57

  • 
  • Mingəçevir şəhərində şəhidəvə təhsilə edilən hörmətsizlik - VİDEO

    Mingəçevir şəhərində şəhidəvə təhsilə edilən ...

    20-04-2015, 22:52

  • 
  • Məcburi köçkünlər ayağa qalxdı

    Məcburi köçkünlər ayağa qalxdı ...

    31-05-2013, 12:21

  • 
  • Kəmaləddin Heydərovun qrafiki açıqlandı

    Kəmaləddin Heydərovun qrafiki açıqlandı ...

    25-11-2014, 22:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (177)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu