GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Nazir Azad Rəhimov qohumunun qatilini ömürlük həbsə yollatdıra bilər

Nazir Azad Rəhimov qohumunun qatilini ömürlük həbsə yollatdıra bilər

Tarix: 13-12-2018, 14:00 Bölmə :Cəmiyyət Baxış: 526
Nazir Azad Rəhimov qohumunun qatilini ömürlük həbsə yollatdıra bilər


Dəhşət saçan cinayətin detalları; Mahmud Hacıyev: “Narkotik vasitənin təsiri altında cinayət törədən şəxslər cəmiyyətdən təcrid olunmalıdır”

Bakıda “Buta Palace”nin art direktoru Ramiz Taxvelinin öz həyat yoldaşın Adelya Taxvelini 5-ci mərtəbədən eyvandan atması cinayəti ilin ən dəhşətli olayı kimi müzakirə olunur. Güclü narkotikin təsiri altında olan Ramiz Txaveli gecə yarısı xanımını eyvandan aşağı atıb. Qadın ağır travmalar alıb, hadisə yerində canını tapşırıb. Dəhşət saçan cinayət hadisəsi dekabrın 11-də gecə saat 3 radələrində Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 65, mənzil 51 ünvanında baş verib. 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə atılan qadın 2 uşaq anası olub.

Adelya Taxveli gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumudur. 30 yaşlı Adelyanın anası nazirin xalası qızıdır. Gənc xanım Amerikada təhsil alıb. Həyat yoldaşı Ramiz Taxveli ilə sevərək ailə qurduğu bildirilir. Onların bu nikahdan 2 uşağı var. Deyilənə görə, cütlüyün toyunda nazir A.Rəhimov ailəsi ilə birgə iştirak edib. Adelyanın ata tərəfi də tanınmış nəsildir. Nənəsi Ədilə Namazova tibb elmləri doktorudur, hazırda Azərbaycan Tibb Universiteti, 1-ci Uşaq xəstəlikləri kafedrasının müdiri işləyir. Adelyaya da onun adını qoyublar.

Atası Azər Namazov isə ixtisasca həkimdir. Olaydan sonra hadisə yerinə gələn istintaq qrupu üzvləri Ramiz Pərviz oğlu Taxvelinin avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, qurudulmuş marixuana götürüblər. Ramiz Taxvelinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1/59.48 saylı tibbi müayinəsi zamanı Taxveli Ramiz Pərviz oğlunda THC marixuana və BAR (barbiturat) qəbulu nəticəsində yaranmış psixi davranış pozuntusu aşkar olunub. Ramiz Taxveli izahat verərkən həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən atdığını etiraf edib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Ramiz Taxveli tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir. Qətlə yetirilən Adelya isə 2013-cü ildən “Atəşgah Sığorta” şirkətinin Anderraytinq və təkrarsığorta şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb. Kollektiv daxilində kifayət qədər sevilən, konfliktsiz əməkdaş olub.

Olaydan sonra dartışılan mövzulardan biri də Ramiz Txaveliyə veriləcək cəza ilə bağlıdır. Əksəriyyət ona ömürlük cəza verilməsinin tərəfdarıdır.

Sabiq polis rəisi Mahmud Hacıyev baş verən dəhşətli olayla bağlı “Yeni Müsavat”a deyib ki, narkotik vasitənin təsiri altında cinayət törədən şəxslər cəmiyyətdən təcrid olunmalıdır: “Belə hallarda yanaşma bir qədər fərqlidir. Araşdırmaq lazımdır ki, adam ”şiravoy", yəni pis formada narkoman olub, yoxsa təzə başlayan narkotik istifadəçisidir. Ola bilər “lomka”sı tutub, belə bir ağır cinayət törədib. “Lomka”sı tutan narkomandan başqa nə gözləmək olar?! Cinayət və yenə də cinayət! Yəni söhbət qısqanclıq, qisasçılıq, xuliqanlıq zəminində törədilən cinayətdən getmir".

Mahmud Hacıyev deyir ki, narkomanlarla bağlı birmənalı yanaşmanın ortaya qoyulması çətindir: “Narkomandır deyib cəmiyyətdən silmək olmur, narkomandır deyib, yola vermək də mümkün deyil. Xaricdə, sivil hüquqi dövlətlərdə belə adamlara bədbəxt, xəstəhal adamlar kimi baxırlar. Belə adamlar cinayət törədəndə onları qatı cinayətkar kimi də qəbul etmirlər. Bu adamlar xəstədirlər və çalışırlar ki, cəmiyyətdən təcrid edib müalicə etsinlər. Sivil ölkələrdə belə adamların dəqiq siyahıya alınması aparılır, hansı mərhələdə olması - başlanğıc, illərin narkomanı olub-olmaması, neçə dəfə müalicə edilməsi, müalicənin effektivliyi və s. məqamlar nəzərə alınır. Belə adamların üzərində xüsusi nəzarət olur. Müalicəsi effekt verməyənlər xüsusi hərbiləşdirilmiş klinikalarda saxlanılırlar. Müalicə olmayanlar ömürlərinin axırına qədər orada saxlanılırlar. Belə adamlar vəhşi heyvan kimi olurlar. Maddəni qəbul edə bilməyəndə ”lomka"sı tutur".
Mahmud Hacıyev deyir ki, heç bir halda narkoman olması şəxsi törətdiyi ağır cinayətin məsuliyyətindən azad edə, onun vəziyyətini yüngülləşdirən hal kimi qəbul edilə bilməz.

İndi gözlər Azad Rəhimovdadır. Hər kəs bu olayla bağlı nazirin necə davranacağını maraq edir. Təbii, ailənin hazırda ağır günləridir, gənc bir qadın heç nədən həyatını itirib. Qadının həyat yoldaşının narkoman olduğunu yəqin ailədə hər kəs bilib. Fəqət bunu bilə-bilə gənc qadının və iki azyaşlı uşağın narkomanla eyni evdə yaşamasına göz yummaq ciddi mənəvi məsuliyyət yaradır. Zamanında qadının valideynləri bu işə müdaxilə edib, qızlarını narkoman kürəkəndən ayırmalı, təhlükəsizliyinin qeydinə qalmalıydılar. Amma bəzi saytlar yazır ki, Adelyanın valideynlərinin münasibəti normal olmayıb. Onların arasında mülkə görə məhkəmə çəkişməsi varmış. Görünür, valideynlərin başları aralarında davaya qarışdığından övladlarının necə bir təhlükəli həyatın içində olduğunu unudublar.

Bəzi iddialara görə, gənclər və idman naziri baş verən olayı ciddi diqqətdə saxlayır. Deyilənə görə, o, qohumlarına bildirib ki, hüququn imkan verdiyi həddə qədər, xalasının nəvəsinin qatilinə məhkəmədə ən ağır cəzanın verilməsinə nail olmağa çalışacaq. O da bildirilir ki, ailə buna görə hətta xaricdən nüfuzlu vəkillərin dəvət olunması variantını da gözdən keçirir.

Mahmud Hacıyev də bu istiqamətdə maraqlı fikirlər deyib. Sabiq polis rəisi bildirib ki, qatil “Şiravoy” narkomandırsa, o, həbsə düşüb çıxandan sonra da cinayət törətməyə meylli olacaq: “Bunlar elə bir məxluqdur ki, azadlıqdan məhrum olunma yerində də maddəni tapıb istifadə edə bilirlər. Bu adamları azadlıqdan məhrum edib həbsə göndərirlər ki, tərbiyə alsın, orada da narkotik tapıb istifadə edir. Həbsdən çıxandan sonra isə belələri daha da aqressiv olur, bir az da cəmiyyətə qarşı nifrət hissi güclənir. Ona görə də belələrini, xarici ölkələrdə olduğu kimi, məcburi qaydada müalicəyə göndərib, oradan buraxmamaq lazımdır. Ömürlük olaraq cəmiyyətdən təcrid olunanlar da olur. Azərbaycanda isə belə effektiv müalicə müəssisəsi yoxdur”. /musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Narkotik xalq artistinin nəvəsini qatil etdi - marixuana, paranoya və...

    Narkotik xalq artistinin nəvəsini qatil etdi - ...

    12-12-2018, 13:11

  • 
  • Kişinin arvadını eyvandan ataraq öldürməsi faktına görə iki maddə ilə cinayət işi açıldı

    Kişinin arvadını eyvandan ataraq öldürməsi ...

    12-12-2018, 12:33

  • 
  • DƏHŞƏT: Qadın tualetdə doğduğu uşağını eyvandan tulladı

    DƏHŞƏT: Qadın tualetdə doğduğu uşağını eyvandan ...

    3-11-2016, 14:34

  • 
  • Bakıda qadın özünü 5-ci mərtəbədən atıb

    Bakıda qadın özünü 5-ci mərtəbədən atıb ...

    2-08-2013, 10:52

  • 
  • Bakıda gecə klubunda dəhşət

    Bakıda gecə klubunda dəhşət ...

    19-08-2013, 11:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu