GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Narkotik xalq artistinin nəvəsini qatil etdi - marixuana, paranoya və...

Narkotik xalq artistinin nəvəsini qatil etdi - marixuana, paranoya və...

Tarix: 12-12-2018, 13:11 Bölmə :Cəmiyyət Baxış: 544
Narkotik xalq artistinin nəvəsini qatil etdi - marixuana, paranoya və...

Azərbaycan SSR xalq artisti Gülağa Məmmədovun yeganə qızının nəvəsi arvadını 5-ci mərtəbədən atmağa vadar edən narkotik maddənin tərkibi, effekti və əks-təsirləri; qətli törədən “Buta Palace”ın art direktoru vaxtilə babası haqda olan filmə də çəkilib

Bakıda dəhşətli cinayət hadisəsi baş verib. Dekabrın 11-nə keçən gecə saat 3 radələrində Nəsimi Rayon Polis İdarəsinə 21-ci polis bölməsindən 1988-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə, Rəşid Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Taxveli Adelya Azər qızının naməlum səbəbdən yaşadığı ünvanda 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, qurudulmuş marixuana götürülüb.

Taxveli Ramiz Pərviz oğlunun sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1/59.48 saylı tibbi müayinəsi zamanı Taxveli Ramiz Pərviz oğlunda THC marixuana və BAR (BARBİTURAT) qəbulu nəticəsində yaranmış psixi davranış pozuntusu aşkar olunub.

Narkotik xalq artistinin nəvəsini qatil etdi - marixuana, paranoya və...

Taxveli Ramiz Pərviz oğlu Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsində izahat verərkən Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atmasını etiraf edib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Taxveli Ramiz Pərviz oğlu saxlanılıb. Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”ın art direktorudur. O, həmçinin tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir.

1994-cü ildə vəfat edən G.Məmmədovun yeganə qızının adı Gülarədir. 2002-ci ildə “Azərbaycantelefilm”in G.Məmmədov haqqında çəkdiyi filmdə mərhum mügənninin həyat yoldaşı Aliyə Məmmədova, qızı Gülarə və hadisəni törədən Ramiz də iştirak edib.

Qətlə yetirilən Adelya isə 2013-cu ildən “Atəşgah Sığorta” şirkətinin Anderraytinq və təkrarsığorta şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səbinə Babayeva publika.az-a bildirib ki, Adelya Taxveli işinin peşəkarı olub: “O, kollektiv daxilində kifayət qədər sevilən, konfliktsiz əməkdaş idi, Gülərüz və pozitiv insan idi...”

Narkotik xalq artistinin nəvəsini qatil etdi - marixuana, paranoya və...

Məlumata görə, Adelya Taxveli ilə həyat yoldaşı Ramiz Taxveli arasında dərin sevgi münasibətləri olub. Adelya Taxveli internet gündəliyində tez-tez sevgi duyğuları barədə qeydlər edirmiş və şeirlər yazırmış.

***

Qeyd edək ki, Barbituratlar tibdə yuxusuzluqdan əziyyət çəkənlərə kömək etmək üçün istifadə olunur. İnsana yuxu gətirir və sakitləşdirici təsir göstərir. Toz və rəngli kapsullar şəklində satılır. Daimi istifadə xəstəni dərmandan asılı vəziyyətə salır. Alkoqolla və başqa narkotiklərlə qəbulu olduqca təhlükəlidir.

Narkotik xalq artistinin nəvəsini qatil etdi - marixuana, paranoya və...


Kannabis isə marixuananın beynəlxalq adıdir. “Marixuana” sözü isə ilk dəfə olaraq Meksika hərbi bölümündə yaranıb. Həmin bölmə ərazisində Mariya və Joanna adlı fahişələrin əsgərlər üçün gətirdiyi “uçuran vasitə”yə hər ikisinin adlarını birləşdirərək Marixuanna adı qoymuşdular. O andan bəri narkotik vasitənin adı marixuana olaraq qalıb.

Cannabis bitkisi hər şəraitdə yetişə bilər. Bitkinin ölçüsü gün ərzində 3-5 sm arta bilir. Hündürlüyü isə yarım metrə yaxın olur.

Marixuanın ən fəal inqrediyenti THK -dur. Məhz bu kimyəvi maddə insan psixikasına təsir edərək marixuananın effektini yaradır. Qeyd edək ki, Rusiya və Azərbaycanda marixuana uzun müddət anaşa adlandırılırdı.

Marixuana istifadəsi xoş bir rahatlıq və bəzən bir coşğu halı verə bilər. İstifadəçilər ayrıca görmə, iyləmə, dadbilmə və eşitmə duyğularında kəskinləşmə hiss edə bilərlər. Qısa vaxtda istifadəçilərin iştahında və nəbzində bir artım olar. İstifadəçilər ayrıca avtomobil istifadəsi və məntiqli düşünmə kimi fiziki və zehni işləri yerinə yetirməkdə çətinlik çəkərlər. Yüksək dozalarla istifadə edənlərin düşünmə bacarıqları yavaşlayar və bulanıqlaşar. Marixuana istifadəçidə paranoya yarada bilir. Paranoya isə həddindən artıq narahatlıq və ya qorxuyla xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıq, psixoloji nasazlıqdır./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kişinin arvadını eyvandan ataraq öldürməsi faktına görə iki maddə ilə cinayət işi açıldı

    Kişinin arvadını eyvandan ataraq öldürməsi ...

    12-12-2018, 12:33

  • 
  • Gömrükdə narkotik keçirən Rusiya vətəndaşı saxlanıldı

    Gömrükdə narkotik keçirən Rusiya vətəndaşı ...

    31-10-2018, 12:25

  • 
  • Həyətində narkotik əkib-becərən şəxs saxlanıldı

    Həyətində narkotik əkib-becərən şəxs saxlanıldı ...

    2-06-2018, 20:00

  • 
  • Bakıda polisə narkotik satdılar

    Bakıda polisə narkotik satdılar ...

    20-11-2015, 17:17

  • 
  • BALAKƏN SAKİNİ 2 KQ-A YAXIN MARİXUANA İLƏ TUTULUB - FOTO

    BALAKƏN SAKİNİ 2 KQ-A YAXIN MARİXUANA İLƏ TUTULUB ...

    28-09-2018, 20:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu