Təxminən iki həftə bundan öncə Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyi (“ƏƏSMN) KİVDF ilə birlikdə təşkil etdiyi jurnalist müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimini keçirib. Gundemxeber.Az bildirir ki, nazir Sahil Babayevin də iştirak etdiyi tədbirdə müsabiqədə qalib gələn jurnalistlərə diplomlar təqdim olunub, ƏƏSMN rəhbəri media işçilərini qarşıdakı müsabiqələrdə daha da aktiv olmağa səsləyib.
Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, müsabiqənin reklamı aparıcı KİV-lər və televiziyalar vasitəsi ilə iki həftə bundan öncə aparılsa da, qalib jurnalistlərə vəd edilən pul mükafatı hələ də medai işçilərinə verilməyib. Müsabiqə nəticələrinin elan edilməsindən təxminən yarım ay keçməsinə baxmayaraq, ƏƏSMN-nin hələ də vəd etdiyi pulu jurnalistlərə verməməsi, məlum pulun aqibəti ilə bağlı narahatlığa yol açıb. Mövcud situasiyadan çıxış edən bəzi jurnalistlər ehtimal edir ki, keçirilən müsabiqədə məqsəd Sahil Babayevin rəhbərlik etdiyi qurumun mediada kütləvi və pulsuz reklamını aparmaq olub. Hər halda görünən odur ki, Sahil Babayev jurnalistləri Şaxta Babanın ümidinə qoyub. Əks-təqdirdə jurnalistlərə diplom paylayan nazirlik vəd etdiyi pul mükafatı ilə bağlı susqunluq sərgiləməzdi. Məlumat üçün cumhuriyyet.az olaraq qeyd edək ki, ƏƏSMN-dən fərqli olaraq, KİVDF hər zaman müsabiqələri peşəkarcasına təşkil etməsi, qalib jurnalistlərin çevik şəkildə mükafatlandırılması ilə yadda qalıb. İl ərzində KİVDF tərəfindən çoxsaylı müsabiqələr təşkil olunmasına baxmayaraq, bu müsabiqələrin nəticələri və mükafatlandırma prosesi ilə bağlı kiçik də olsa hər hansı narazlıq müşahidə edilməyib. Ümid edirik ki, ƏƏSMN-i də bu məsələdəki məsuliyyətini dərk edəcək və jurnalistlərə, eləcə də özünün elan etdiyi müsabiqənin nəticələrinə etinadsız münasibətə son qoyacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?