Azərbaycan şou-biznesinin məşhur siması, prodüser Təranə Səmədova barəsində olan hökmdən apelyasiya şikayəti verib.
Təranə Səmədova Nərimanov rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Həmçinin iş üzrə zərərçəkmişlər də apelyasiya şikayəti veriblər. Onlar Təranə Səmədovanın cəzasının ağırlaşdırılmasını tələb ediblər. Tərəflərin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. İş üzrə ilkin baxış iclası dekabrın 25-nə təyin olunub. Nərimanov rayon Məhkəməsinin hökmü ilə Təranə Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Təranə Səmədovanın barəsində həbs qətimkan tədbiri seçilib, məhkəmə zalından həbs edilib. Təranə Səmədova saxlanılması üçün Kürdəxanıda yerləşən Bakı istintaq təcridxanasına aparılıb. İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb. İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.//teleqraf.com
Sorğu
Yeni dizaynımız necədir?