Azərbaycan şou-biznesinin məşhur siması, prodüser Təranə Səmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gundemxeber.Az Teleqraf.com-a istinadla xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Zamində olan Təranə Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində həbs qətimkan tədbiri seçilib, məhkəmə zalından həbs edilib.
Təranə Səmədova saxlanılması üçün Kürdəxanıda yerləşən Bakı istintaq təcridxanasına aparılıb.
İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb.
O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur.
Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.
İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?