İki gün əvvəl dünyasını dəyişən məşhur klarnet ifaçısı Zahid Sabirabadlı ilə bağlı əməkdar artist Cavanşir Məmmədov tükürpədici açıqlaması ilə diqqət çəkib.
Gundemxeber.az Milli.Az-a istinadən xəbər verir ki, müğənni 46 yaşlı mərhum sənətkarla uzun illər bir yerdə çalışdığını və onun bütün mahnılarındakı klarnet musiqi alətində ifa edən şəxsin Zahid olduğunu deyib.
Əməkdar artist sözünün davamında qəfil ölümü ilə onu tanıyan hər kəsi üzən Zahidlə bağlı bu iki gün ərzində dünyanın hər yerindən ona zənglər gəldiyini vurğulayıb.
Cavanşir Məmmədovun mərhumla bağlı bir etirafı isə hər kəsi məəttəl qoyub. Əməkdar artist Zahidin doğulduğu otaqda da dünyasını dəyişdiyini bildirib:
"Anadan olduğu otaqda da rəhmətə gedib".
Qeyd edək ki, C.Məmmədov bütün bu açıqlamaları "Hər şey daxil"in efirində edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?