"Hind kinosu" devizi ilə yayımlanan "Maşın" şounun növbəti günü baş tutub.
Səs verməyə vayner Mənsur Şərif çıxıb. O, hədəfinin aparıcı Sərxan Kərəmoğlu olduğunu açıqlayıb:
"Xalqdan səs istəyirəm. Qalib gəlsəm, Sərxan Kərəmoğlunu rəqib olaraq seçəcəm!"
Onun sözləri Sərxanı özündən çıxarıb: "Mənsur mənim adımı çəkdi, və məni hədəf bildirdi. Səninlə mənim oğlumun arasında 2 yaş fərq var və mənə yaraşmaz ki, səninlə rəqabətə çıxım. Sərxandan heç kəs reklam qazana bilməyəcək!Nə Oqtay qazandı, nə sən qazanacaqsan.
Televiziya ilə küçə mədəniyyətinin mübarizəsi gedir. Biz təhqir vitrini deyilik, siz nə bilirsiniz ki, biz bura necə əziyyətlə gəlmişik?"
Müğənni Dilarə Kazımova da səsverməyə çıxsa, hədəfinin Kərəmoğlu olacağını açıqlayıb:
“Mən Sərxanla bugün danışdım, dedim ki, Sərxan birdən siz bugün mənim hədəfim olarsınız. Mənsurun bugün çıxması isə tamamilə mənim üçün sürpriz oldu."
Qeyd edək ki, hazırda şouda mübarizəni şairə Nazilə Səfərli, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisa Xəyalə Quliyeva, aparıcı Sərxan Kərəmoğlu, bloqqerlər Mənsur Şərifov, Taleh Yüzbəyov davam etdirir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?