Səsverməyə vayner Hüseyn Əzizoğlu çıxıb. O, hədəfinin aktrisa Pərvin Abıyeva olduğunu açıqlayıb. Oyun boyu ikili arasında mübahisələr yaşanıb. Sonda səsvermənin nəticəsi açıqlanıb. Əzizoğlu 60,3 faiz səs toplayıb. Lakin hədəfini dəyişərək əməkdar artist Abbas Bağırovun adını açıqlayıb.
“Mən Roza Zərgərli tərəfindən Abbas Bağırovun yanına yerləşdirilmişdim. Hədəf o idi”, –deyərək hamını təəccübləndirib. Vaynerin seçimindən aparıcı M. Dadaşov şoka düşüb.
A.Bağırov güclü rəqib olduğunu, lakin arxadan vurulacağını gözləmədiyini deyib.
“Hüseyn Rozaya “mama”, mənə də “papa” deyirdi”, söyləyərək şounu tərk edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?