Bu gün, dekabrın 22-də Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrupu siyasi məhbus kimi tanınan şəxslərə dəstək məqsədi ilə kitab toplama kampaniyası keçirir.
Kampaniya çərçivəsində çoxsaylı insanlar, müxalif siyasi liderlər, ictimai xadimlər, ictimai-siyasi fəallar siyasi məhbus sayılan şəxslər üçün kitablar gətirib.
“Artıq yüzlərlə kitab toplanıb. Toplanmış kitablar yaxın günlərdə ailələri vasitəsi ilə siyasi məhbuslara çatdırılacaq”, hüquq müdafiəçisi Xədicə İsmayıl Amerikanın Səsinə bildirib.
Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrupu 2014-cü ildə təsis edilib.
Bu il sentyabrın 1-də işçi qrupu ölkədə 130 nəfəri siyasi məhbus kimi tanıdığını bildirib
Qrupun yaydığı hesabatda deyilir ki,əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında İşçi Qrup 128 işdə siyasi motivli həbsin baş verdiyini təsbit edərək, o məhbusları siyasi məhbus kimi tanıyıb.
Toplanmış kitablar yaxın günlərdə ailələri vasitəsi ilə siyasi məhbuslara çatdırılacaq Xədicə ismayıl “Qrupun siyasi məhbus kimi tanıdığı şəxslərin 9-u jurnalistlər və blogerlər, 1-i şair, 1-i hüquq müdafiəçisi, 17-si siyasi və ictimai fəallar, 68-i inanclı fəallar, 3-ü ömürlük həbs olunma cəzasına məhkum olunanalar, 14-ü sosial etirazlarla bağlı tutulanlar, 2-si keçmiş dövlət məmuru, 3-ü siyasi girov, 10-u Səid Dadaşbəyli və onunla birgə tutulanlardır.
Məlumatda deyilir ki, 2 nəfərin işi hələ monitorinq altındadır.
İşçi Qrup heab edir ki, ölkədə siyasi məhbusların sayı siyahıdakından qat-qat çoxdur.
“Ölkədə hökm sürən repressiv mühit insanları işlərini ictimailəşdiriməkdən çəkindirir. Digər tərəfdən, hüquqi məlumatsızlıq, vəkillərə qarşı aparılan repressiv siyasətdən sonra bu insanlara hüquqi yardım etmək üçün, sadəcə, bir neçə vəkilin qalması, regionlarda müdafiə mexanizmlərinin olmaması ucbatından müdafiənin təmin edilməməsi bu şəxsləri siyasi məhbus kimi tanımaq üçün zəruri olan məlumatların və sənədlərin toplanmasını çətinləşdirir”, məlumatda qeyd edilir.
Siyasi məhbus kimi tanınan şəxslərə kitab toplama kampaniyası keçirilib Siyasi məhbus kimi tanınan şəxslərə kitab toplama kampaniyası keçirilib Öz növbəsində, Azərbaycan rəsmiləri siyasi məhbuslarla bağlı siyahını qəbul etmir. Dövlət rəsmiləri bir qayda olaraq ölkədə fundamental azadlıqların tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu, siyasi təqiblərin olmadığını bəyan edir.
Bununla yanaşı, Avropa Şurasının Parlamet Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.Amnesty İnternational Azərbaycanda ondan çox insanı “vicdan məhbusu” elan edib. Avropa İnsan Hüquqları Məhkəməsi Avropa Konvensiyasının 18-ci (siyasi təqib) maddəsi ilə Azərbaycana qarşı 7 qərar qəbul edib. Çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hökumətini yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxsləri həbsdən azad etməyə çağırıb.
Sorğu
Yeni dizaynımız necədir?