Hüquq müdafiəçisi Səidə Qocamanlı musavat.com-a bildirib ki, Hüquq Müdafiəçilərinin Monitorinq Mərkəzinin siyahısında olan 4 siyasi məhbus Prezidentin imzaladığı əfvlə azadlığa çıxıb: "Mən bir az öncə Prezident Administrasiyası ilə danışdım. Daha doğrusu, Əfv Komissiyası ilə... Mənə ordan bildirdilər ki, sizin siyahınızda olan 4 nəfər - NİDA Vətəndaş Hərəkatından Şahin Novruzlu, Bəxtiyar Quliyev, blogger Elsevər Mürsəlli və Gəncədə fəaliyyət göstərən hüquq müdafiəçisi Həsən Hüseynli azadlığa buraxılıblar".
S.Qocamanlı bildirdi ki, Əfv Komissiyasında işçi qrupu yaradılacaq və digər siyasi məhbusların da azadlığa buraxılması məsələsi o qrupda müzakirə ediləcək: "Yəqin yeni il öncəsi növbəti əfv olacaq".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?