Bu gün Azərbaycan Respublikasının Prezidentinin dünyaya göz açmasından 57 il keçir. 57 ilin son 15 ilini İlham Əliyev dövlət başçısı postunda aztəminatlı ailələrlə birlikdə qeyd edib. Belə günlərdə , adətən, doğum günü olana hədiyyə verilər, biz Prezidentdən hədiyyə umuruq. Umacağımız Prezidentin dövlət başçısı kimi bizə ayırdığı sosial təminat, hüquqi yardımdan məhrum edilməyimizlə bağlıdır.
Nizami rayonunda , metronun “Xalqlar Dostluğu” stansiyasının Heydər parkına çıxan yönündə əlillərə ayrılan ticarət köşkünü dələduzluqla ələ keçirən Ərəstun adlı şəxs köşkü başqalarına icarəyə verib, əlillərə 3 min manatlıq ziyan dəyib. İndi 3 ildir Nizami RPİ-nin 24-cü Polis Bölməsi nəinki dələduzluq faktına hüquqi qiymət verilməsini təmin edir, əksinə, dələduzu ölkədən qaçırıb. Bəli, bəli, yanlış demədik, sahə müvəkkili Elçin İslamov Ərəstunla dost olduğunu bildirib və. ..əlillərin “başlarının altına yastıq qoyub” ki, pullarını alıb qaytaracaq . Əlillər bir də onda başlarını polisin yastığından qaldırıblar ki, dələduz ölkədən qaçıb. İndi də 2 ildir əlillərin başları dələduzun guya “İnterpol” xətti ilə axtarışa verilməsi ilə qatırlar. Axı, kiminsə beynəlxalq axtarışa verilməsi məhkəmə qərarı ilə həyata keçirilir!. Belə məhkəmə qərarını isə nə polis, nə də ona nəzarət edən prokurorluq təqdim edir.
Bizə təyin olunan pensiyanı bu ilin avqustuna kimi vaxtı-vaxtında almışıq. Avqust ayından pensiyamızı ödəyən ƏƏSMN yanında DSMF hesabımızı “Nurgün Motors”un törəməsi olan “Rəvan sığorta “ şirkətinin hesabı ilə dəyişik salıb. Qarabağ əlilinin Qarabağda axıdılan qanının haqqını niyə “Rəvan” yeməlidir? Bu qaniçmə-haqqyemə Suraxanı məhkəməsinin hakimi Ramil Həsənovun, Suraxanı icra məmuru Vüsal Əliyevin, ƏƏSMN yanında DSMF-in və “Rəvan sığorta” şirkətinin məsul şəxslərinin mütəşəkkil dələduzluğunun sonucudur. Biz hələ reabilitasiya vasitəmizə də icra məmuru Vüsal Əliyevin yol polisi araçılığı ilə həbs qoymasını demirik. Hələ DSMF-in Səhiyyə Nazirliyinin komissiyasının rəyinə baxmayaraq, 2018 -ci ildə ƏƏSMN -in heç bir ölkə ilə müqavilə bağlamadığı arqumenti (??) ilə xaricdə müalicəmizi təşkil etməkdən imtinasından danışmırıq. Təbii inhisarçı kommunal xidmət qurumlarının –“Azəriqaz” , “Azərişıq”, “Azərsu, “Azəristilik, illərdir qanunda nəzərdə tutulmayan ödəniş tələb edib xidmətdən məhrum etmələrinə isə ayrıca yer vermək gərəkir. Təsəvvür edin, Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2 ildir verilən texniki şərt əsasında əlil istehlakçını enerji ilə təmin etmək əvəzinə, 2018 -ci ildə qəbul olunan qoşulma haqqını ödəməyini tələb edir. İqtisadiyyat Nazirliyi isə enerji sektorunda istehlakçı hüquqlarının qorunmasının bu Agentliyə aid olduğunu bildirib əlilin istehlakçı hüquqlarının pozulmasına hüquqi qiymət vermək istəmir. Biz hələ onu demirik ki, “Azərsu” 1 ildir quraşdırdığı sayğacın kartını verməkdən imtina edir! (?) Deyə bilərsiniz ki, məhkəmə təminatı hüququndan yararlanmaq olar. Di gəl, bu hüquqa da elə məhkəmə qadağa qoyub. Fikir verin, pensiyamızın ödənilməsinin dəyişik salınmasından 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verdiyimiz iddianı 2 aydan sonra hakim Miminat Hacıbəyova , 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verdiyimiz iddianı isə hakim Zaur Tağıyev mümkün saymayıb ki, pensiyamızdan məhrum edilməyimizi sübut edə bilməmişik. (?) Belə çıxır, bizim qan haqqımızı başqası yeyirsə, bizə ziyan dəymir? Apellyasiya şikayətimiz də hələ də apellyasiya instansiyasına göndərilməyib. Kommunal xidmət qurumlarının özbaşınalığından qaldırdığınız iddiaları isə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi (hakim Miminat Hacıbəyova və hazırda Kürdəmir məhkəməsinə sədrlik edən Müseyib Bayramov ) necə it-bata salıblarsa dördüncü aydır Ali Məhkəmə də “tapa bilmir”.
Əlillərin Prezidentin doğum günündə ondan istəkləri imzaladığı aktların yerinə yetirilməsidir . Qarabağ əlilləri də haçağ dövlət (başçısı) “məni istəyən Qarabağa” desə, döyüşə hazırdırlar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?