Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) əlaqələndiricisi Oqtay Gülalıyev qurumun üzvü, Göyçay rayonunda yaşayan Taleh Xasməmmədovun yoxa çıxdığını bildirib.
“Xasməmmədov sonuncu dəfə dekabrın 27-də saat 14.00-da telefon zənglərinə cavab verib. Bundan sonra onunla heç bir əlaqə yoxdur, o, evə gəlməyib.
Ailə üzvləri Daxili İşlər Nazirliyinin `102 Zəng Mərkəzi`nə müraciət ediblər. Amma Xasməmmədovun aqibətini öyrənmək mümkün olmayıb”, Gülalıyev qeyd edib.
Hüquq müdafiəçisi hesab edir ki, Xasməmmədovun yoxa çıxması SMMM-nin dekabrın 26-da həbsxanalarda vəziyyətlə bağlı yaydığı məruzə ilə bağlı ola bilər.
Bu tədbirdə çıxış edən siyasi fəal Zəfər Əhmədovun oğlu - AXCP fəalı Fuad Əhmədli tədbirdən sonra cərimə təcridxanasına salınıb.
Gülalıyev həmçinin Xasməmmədovun son zamanlar Facebook-da tənqidi statuslar dərc etməsinə diqqət çəkib.
O xatırladıb ki, Xasməmmədov bundan əvvəl iki dəfə hüquq müdafiə fəaliyyətinə görə həbs edilib.
Hüquq mühafizə orqanları hələ xəbərə münasibət bildirməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?