Qanunsuz həbs həyatı yaşayan hüquq müdafiəçisi, siyasi məhbus Taleh Xasməmmədovun səhhətində olan ciddi problemlərə baxmayaraq onu saxlandığı 17 saylı Cəza Çəkmə Müəssisəsində 15 günlük "karsa" (cərimə otağına- red.) salmışdlar. Problemin ictimailəşməsindən, bir sıra yerli və beynəlxalq təşkilatların müdaxiləsindən sonra o "kars"- dan çıxarılaraq Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Əldə etdiyimiz məlumatlara görə onun səhhətində olan ciddi problemlər davam etməkdədir. Ailəsi ilə məsləhətləşdikdən sonra Taleh Xasməmmədovun xəstəliklərini ictimailəşdirmək qərarına gəldik. Çünki bu xəstəliklər Azərbaycan həbsxanalarına xas olan zəif tibbi xidmət və qidalanma, antisanitariya, baxımsızlıq, işgəncə və s. problemlər baxımdan onun onsuz da yaxşı olmayan sağlıq durumunda daha ağır fəsadlara səbəb ola bilər. Taleh bəy güclü sinir ağrıları, halsızlıq, revmatizmlə yanaşı qanın zəhərlənməsi və qıc olmadan əziyyət çəkir. Bəzi xəstəlikləri də var ki, dəqiq diaqnozdan və məsləhətləşmədən sonra onları da açıqlayacayıq. Amma bu xəstəliklərin həbsxana şəraitində, Penitensiar Xidmətin Müalicə Müəssisəsində aradan qaldırılacağı mümkün deyil. Taleh Xasməmmədov həbsdən öncə xəstəliyi ilə bağlı 2 dəfə xarici ölkədə olub və müayinə olunub. Onun əməliyyat olunmasına ehtiyac var. Bütün bunları ona görə yazdım ki, biləsiniz ki, gözümüzün qarşısında bir insanın həyatı təhlükə altındadır. Çox təəssüf ki, onu şərləyib həbs edənlər, bu həbsin arxasında duranlar nəinki bu təhlükənin fərqindədirlər, hətta həmin qüvvələr Taleh Xasməmmədovun sanki fiziki itkisini gözləyirlər. Əgər belə olmasaydı yuxarıda sadlaladığım xəstəliklərdən əziyyət çəkən günhasız bir məhkumu "karsa" salmazdılar. Əgər belə olmasaydı özünün və ailəsinni təkidli tələblərinə baxmayaraq onu 2 aydan çoxdur ki, Müalicə Müəssisəsinə göndərilməsinin qarşısını almazdılar. Onu xarici aləmin dışında tutub girov vəziyyətdə saxlamazdılar və s. Dəyərli dostlar, biləsiniz ki, bu gün həbsdə olan Taleh Xasməmmədovun üzləşdiyi təzyiqlər, qanunsuzluqlar, haqsızlıqlarla həbsdə olan digər siyasi məhbuslarımız da bu və ya digər formada üzləşirlər. Gəlin şərlənərək həbsə atılmış siyasi məhbuslarımızın taleyinə biganə qalmayaq. Onların daha layiqli və güclü şəkildə müdafiə olunmasına ehtiyac var. Unutmayaq ki, onlar haqqı- hüququ tapdanan insanların hüquqlarını müdafiə etdiklərinə görə həbs olunublar. Unutmayaq ki, hakimiyyət həm də demokratiya və azadlıq ugrunda mübarizə aparan bizlərin qisasını onlardan alır və ölkədə, həbxanalarda hüquqi nihilizmin hökm sürdüyü, müqavimətsiz bir cəmiyyət yaratmaq istəyir. Gəlin haqqımızı və hüququ tapdanan insanların, məhbusların hüquqlarını müdafiə edək!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?