GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sabiq icra başçısının rüşvətə görə həbs edilən qohumu məhkəmədə ifadə verib

Sabiq icra başçısının rüşvətə görə həbs edilən qohumu məhkəmədə ifadə verib

Tarix: 3-01-2019, 11:22 Bölmə :Cəmiyyət Baxış: 332
Sabiq icra başçısının rüşvətə görə həbs edilən qohumu məhkəmədə ifadə verib


Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən X.Məmmədov sərbəst ifadə verib.

O bildirib ki, 2017-ci ildən Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədr müavini işləyib.

X.Məmmədov qeyd edib ki, birlikdə onun rəisi Əvəz İsmayılov olub: "İşimiz məhəllədaxili küçələrin, əsas yolların kənarının və məişət tullantılarının təmizləməsi olub".

O söyləyib ki, maşın ustası İlham Məlikov 2018-ci il fevral ayında ona zəng edib, dostu Elsevər Rufullayevin tikinti işinə görə onun yanına gələcəyini bildirib: "İlkinə "tikinti mənim sahəm deyil" dedim. O isə məsləhət almaq istədiklərini qeyd etdi. Sonra gəldilər və danışdıq. Həmin şəxs bizim ərazidə torpaqda tikinti işləri görmək istəyirdi. Gedib əraziyə baxdım və ona bildirdim ki, tikinti üçün Bakı Şəhər İcra Hakimiyyətindən icazə almalıdır".

X.Məmmədovun sözlərinə görə, daha sonra heç nədən xəbəri olmayıb: "May ayında 97 saylı JEK-in sədri Arif Gülgəzov zəng edib, həmin ərazidə bünövrə qazıldığını söylədi. Mən isə orda işi dayandırdım. Səhəri gün İlhamla Elsevər yanıma gəldilər. Elsevər dedi ki, Bakı Şəhər İcra Hakimiyyətindən sərəncam alacaq. Növbəti gün isə Əmlak Komitəsi və Bakı Şəhər İcra Hakimiyyətindən sənədlər gətirdi. Sənədlərdən şübhələndim və saxta olduğunu qeyd etdim. Buna görə də tanışım Qaçayın yanına göndərdim ki, layihə çəksin və Bakı Şəhər İcra Hakimiyyətində təsdiqlətdirsin. Bir qədər sonra Fövqəladə Hallar Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin tikintiyə nəzarət üzrə vəzifəli şəxsləri əraziyə gəlmişdilər. Mən də orada Bakı Şəhər İcra Hakimiyyətinin işçisindən sənədlər barədə soruşdum. Bütün sənədlərin qaydasında olduğunu dedi və sonra da onlar tilintiyə davam etdilər. İki ay sonra Bakı Şəhər İcra Hakimiyyətindən Zülfəli İsmayılov gəlib tikintini dayandırdı. Mən də Arif Gülgəzovdan Elsevərin bizə verdiyi sənədlərin surətini alıb, Zülfəli müəllimə verdim. Sonra da bu hadisələr baş verdi".

Daha sonra X.Məmmədov dövlət ittihamçısının suallarını cavablandırıb. O, sürücüsü vasitəsilə zərərçəkmiş E.Rufullayevdən tikintiyə icazə üçün 50 min manat almadığını, həmin şəxsin ümumiyyətlə ona pul təklif etmədiyini deyib.

Məhkəmənin növbəti iclası yanvarın 4-nə təyin edilib.

İttiham aktına əsasən, Xətai Кayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə görə və dələduzluq edib və rüşvət alıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

X.Məmmədov Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.

O, Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almada təqsirli bilinir.

Qeyd edək ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur. R.Məmmədov ötən gün Prezidentin sərəncamı əsasında vəzifəsindən azad olunub./report
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dəhşətli yanğının günühkarı özünü təqsirli bilmədi

    Dəhşətli yanğının günühkarı özünü təqsirli bilmədi ...

    12-10-2016, 19:02

  • 
  • Pentensiar Xidmətin dələduzluqda təqsirləndirilən keçmiş əməkdaşı məhkəmədə ifadə verib

    Pentensiar Xidmətin dələduzluqda təqsirləndirilən ...

    31-10-2018, 15:10

  • 
  • Bakıda həbs edilən keçmiş icra məmurunun məhkəməsi başlayıb

    Bakıda həbs edilən keçmiş icra məmurunun ...

    20-11-2018, 12:24

  • 
  • Şamaxının rüşvətə görə həbs edilən icra nümayəndəsinin məhkəməsində zərərçəkmiş dindirilib

    Şamaxının rüşvətə görə həbs edilən icra ...

    26-12-2018, 13:26

  • 
  • Avropa çempionuna hökm oxundu

    Avropa çempionuna hökm oxundu ...

    24-05-2018, 11:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (16)
Avqust 2025 (571)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu