Bayıl və 20-si sahə yaşayış massivində araşdırmaya əsasən, siqaretlərin qiyməti 20-30 qəpik aralığında qalxıb.
Belə ki, 3 manata olan "Sobranie" 3.30 manat, 2.70 -ə olan "Kent-4" 3, 2.20-yə olan LD isə yanvarın 1-dən 2.50 manata satılır. Digər siqaretlərin qiymətində isə 20 qəpik bahalaşma olub.
Satıcılar bahalaşmaını bu gündən Vergi Məcəlləsinə edilən dəyişikliklə əlaqılındiriblər.
Qeyd edək ki, bu gündən qüvvəyə minən Vergii Məcəlləsinin 190-cı tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədindən tutulan 12 manat aksiz vergisi 20 manata qaldırılacaq. Lakin gördüyünüz kimi, 1000 ədəd 50 qutu siqaret deməkdir. Hər qutuda isə 20 ədəd olduğunu nəzərə alsaq, 1000 ədəd siqaretə görə aksiz vergisinin 8 manat qalxmasının bir qutu (20 ədəd) siqaretin qiymətinə bu qədər təsir göstərməsi maraqlıdır...
Xatırladaq ki, 2 ay əvvəl, daha dəqiqi, ötən ilin noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkında "Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışı olub.
Həmin açılışda "Tabaterra” QSC-nin direktoru Elman Cavanşir deyib ki, zavodda 3 formatda - ağır, yüngül və daha yüngül olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal olunacaq və "Made in Azerbaijan” brendi altında istehlakçılara təqdim ediləcək: "Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə il ərzində 3 növdə 11 milyard ədəd filtrli siqaretlər istehsal ediləcək. Bu isə ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini ödəyəcək. Ümumilikdə, fabrikdə 13 brendin 80 çeşiddə məhsulunun istehsalı nəzərdə tutulur. Burada istehsal prosesi beynəlxalq keyfiyyət standartlarına tam uyğun surətdə aparılacaq. Ümumi dəyəri 48 milyon dollar olan layihə çərçivəsində 200 yeni iş yeri yaradılıb".
Ancaq görünür, yeni zavodun açılışı, başqa sözlə desək, yerli məhsulun istehsalı bazarda qiymətləri endirmək əvəzinə, qalxmasının qarşısında aciz qalıb... /mia.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?