Mərkəzi Bankın ölkənin valyuta bazarının tənzimlənməsi ilə bağlı verdiyi 21 fevral qərarından sonra ölkədə bəzi məhsulların qiymətlərinin sünü artırılması halları çoxalıb.
Strateq.az xəbər verir ki, son 15 gün ərzində ən çox "qiymət oynaqlığı" tütün məmulatlarında yaşanır. Belə ki, ilk günlər satışı 30-40 faiz artan siqaretlərin qiyməti sonradan inzibati üsullarla endirildi. Lakin bu eniş qısa müddətlik olub. Belə ki, 5 gün əvvəl yenidən köhnə qiymətlərlə satılan siqaretlərin qiymətləri son günlər yenidən bahalaşdırılıb.
Strateq.az-ın əməkdaşı son vəziyyəti "Bizim market"dən dəqiqləşdirib. Aydın olub ki, son 5 gündür siqaretlərin qiymətində "oynaqlığa" son qoyulub: "Artıq siqaretlər yeni qiymətə satılır. Bu qiymət artımı isə Mərkəzi Bankın qərarı ilə deyil, bir neçə gün əvvəl ölkəyə gətirilən bəzi məhsullarla bağlı baş nazir Artur Rasi-zadənin qərarından sonra rəsmiləşib.
Bildiyiniz kimi, ölkəyə gətirilən bəzi məhsulların, o cümlədən tütün məhsullarına da yeni aksiz vergiləri tətbiq olunub. Buna görə də, siqaret və bəzi məhsulların qiyməti rəsmi şəkildə qaldırılıb. İndi "Bizim Market" şəbəkəsinə daxil olan bütün satış mərkəzlərində siqaretlərin qiymətı təxminən 25-30 faiz həddində qaldırılıb. Yəni əvvəllər 1.60, 1.70 manata satılan "Kent" və "Davidoff" siqaretləri indi 2.20 manata satılır. Manatla ifadə etsək, bütün siqaretlərdə 40-50 qəpik artım var".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?