Azərbaycan hökuməti blogger Mehman Hüseynovun məsələsinə yenidən baxmalıdır. Mən hesab edirəm ki, onu azad etməklə problem yoluna qoymaq mümkündür.
Bu fikirləri Azərbaycan Liberal Partiyanın sədri Əvəz Temirxan deyib. Onun sözlərinə görə, Mehman Hüseynov birinci dəfə qanunsuz olar həbs edilib: “ O, haqsız olaraq məhkum edilib, ona böhtan və şər atılıb. Həbsxanada isə ona qarşı yenidən böhtan atılır. Məqsəd odur ki, Mehman Hüseynov korrupsiya hallarını ifşa etmək imkanına malik olmasın. M. Hüseynov Azərbaycanda qanunsuzluq və korrupsiya hallarına dair kifayət qədər işlər görüb. Fikrimcə, iqtdar Mehman Hüseynovun işinə yenidən baxmalı, onu azadlığa buraxmalıdır. Eyni zamanda gənc bloggerə qarşı ədalətsizlik ciddi şəkildə qınanmalıdır”.
Əvəz Temirxan Mehman Hüseynova çağırış edərək ondan aclıq aksiyasını dayandırmasını xahiş edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?