GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ceyhun Bayramov təmizləmə əməliyyatına hazırlaşır... - İDDİA

Ceyhun Bayramov təmizləmə əməliyyatına hazırlaşır... - İDDİA

Tarix: 8-01-2019, 13:49 Bölmə :Cəmiyyət Baxış: 419
Ceyhun Bayramov təmizləmə əməliyyatına hazırlaşır... - İDDİA


Məlum olduğu kim yeni il tətilindən sonra ali məktəblərdə və kolleclərdə qış imtahan sessiyalarına start verilib. O da sirr deyil ki, qış sessiyaları bir çox təhsil ocaqlarında həm də pul yığımı kompaniyası xarakteri daşıyır. Son dövrlər bir çox ali təhsil müəssisələrində bu kimi halların qarşısının alınması yönündə ciddi tədbirlər görülsə də, problemin birdəfəlik çözümünə hələ tam nail olunmayıb. Hazırda pul yığımı kompaniyası daha çox gözdən, könüldən uzaq, hələ də müasir texnologiyalarla tam təchiz edilməmiş əyalət tipli kolleclərdə daha çox özünü biruzə verməkdədir. Həm bu, həm də sözegedən əyalət təhsil müəssisələri rəhbərlərinin uzun müddətdir ki, bir vəzifəni daşıması səbəbindən yayılan xəbərlərə görə,Təhsil naziri Ceyhun Bayramov bir neçə təhsil müəssisəsinin rəhbərini qış imtahan sessiyası müddətində tutduqları vəzifədən kənarlaşdırmağı planlaşdırır.

Tutduqları vəzifədən çıxarılacağı gözlənilən təhsil müəssisələri rəhbərlərinin siyahısında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi və Quba filiallarının direktorları, həmçinin Bakı Qida Sənayesi və Texniki Kollecinin rəhbərləri də var. Adıçəkilən təhsil ocaqlarında aparılacaq dəyişiklik şəffaflaşdırma məqsədi daşıyacaq, işdən azad olunacaq şəxslərin fəaliyyəti yoxlanılacaq. ADPU-nun Quba filialının direktoru Əli Allahverdiyevin rüşvətə meylli şəxs olması, onunla bağlı narazılıqların son vaxtlar xeyli artması əsas götürülərək, işdən kənarlaşdırılacaq. Həmçinin,Pedaqoji Universitetin Ağcabədi filialının xanım direktoru Mətanət Fərzəliyeva da qeyri-qənaətbəxş fəaliyyətinin ,bir sıra keçmiş əməllərinin güdazına gedəcək.

Məlumata görə, Mətanət Fərzəliyeva hələ gənc yaşlarında Pedoqoji Universitetin Şuşa filialında işlədiyi zaman Ağdam sakini Qamət adlı şəxsin qızından rüşvət aldığı üçün adı çəkilən təhsil müəssisəsindən xaric edilib. Bu “alim” xanım belə işlərinə görə sonralar da töhmət alıb. Belə ki, M.Fərzəliyeva 17 may 2005-ci ildə 303/35 saylı əmrin çıxarışı əsasında 17 sentyabr 2005-ci il tarixli (Protokol №1) iclasın qərarı əsasında Azərbaycan Müəllimlər İnstitutunun sabiq rektoru Aqiyə Naxçıvanlının əmrinə əsasən, AMİ Ağcabədi filialının Tədris İşləri üzrə direktor müavini vəzifəsindən azad edilib. Bundan bir neçə il sonra isə sabiq nazir Misir Mərdanovun 14 nömrəli əmri ilə “Nöqsanlara və əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə” töhmət verilib. Amma pozuntu və nöqsanların içində olan bu xanım nə qədər təəccüblü olsa da, kimlərinsə dəstəyi ilə sonradan AMİ Ağcabədi filialının direktoru təyin edilib, köhnə əməllərini daha “yüksək səviyyədə” davam etdirib. Belə bir şəxsin hazırda qış və yay semestr imtahanlarının şəffaf keçirilməsinə dair fəaliyyəti təbii ki, yuxarı dairələri qane edə bilməz.

Bakı Texniki Kollecin direktoru Fərrux Məmmədov isə hələ sovet dönəmində tələbədən rüşvət aldığına görə, müəllimlikdən qovulub, həbs həyatı yaşayıb. İndi Kollec direktoru tələbələrlə necə gəldi davranır, istədiyi kimi pul yığır.

Bakı Qida Sənayesi Kollecinin direktoru Vilayət İsmayılov gəlincə,o uzun müddət saxta diplom işi ilə məşğul olub. “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin qohumu olan bu şəxsin özünəməxsus işi olub. Vilayət müəllim 1998-2005-ci illər ərzində Cənubi Rusiya Universiteti yaradaraq, Dövlət Tələbə Qəbulu Komissiyasının xətti ilə bal toplaya bilməyən abituriyentlərin adını həmin “universitet”ə yazdırıb, sonra da onları respublikanın nüfuzlu universitetlərinə köçürmə yolu ilə yerləşdirib. Burada da məsələ çox sadə olub. Vilayət İsmayılov həmin “tələbələrə” səfirliyin təsdiq etdiyi saxta akademik arayış (Opostl) almaqla, tələbə köçürmələrini mümkünləşdirib. O, bu işi 2010-cu ilə qədər “uğurla” davam etdirib, külli miqdarda gəlir əldə edib. 5 il əvvəl Bakı Texnologiya və İdarəetmə Kollecinə rəhbərlik edən Vilayət müəllim hazırda Bakı Qida Sənayesi Kollecinin direktorudur.

Şirvan şəhərindəki Pedoqoji Kollecə rəhbərlik edən Balamirzə Məmmədovun da adı deyilənlərə görə bu siyahıdadır. Məlum olduöu kimi mərhum Müdafiə Sənayesi Naziri Yavər Camalovla və şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovla qohumluq telləri Balamirzə Məmmədovun uzun müddətdir bu vəzifədə toxunulmazlığını təmin etmişdi. O, bu vəziyyətdən istifadə edərək, kollecə 15 ildən çoxdur ki, rəhbərlik edir və burada pulsuz bir tələbəyə də qiymət yazılmır. Balamirzə Məmmədov üçün ən sevincək aylar iyun və dekabr ayı hesab olunur. Bu aylarda onun əhval-ruhiyyəsi çox yaxşı olur, çünki tələbələrin semestr imtahanlarına “hazırlıq işləri” bu aylarda aparılır. Bu səbəbdən Balamirzə Məmmədov iyun və dekabr aylarını özü üçün ən uğurlu aylar hesab edir. Bu vəziyyətdən bezən tələbələr isə Balamirzə Məmmədovun “qayda-qanunlarına” artıq uyğunlaşıblar.

Bu siyahıda adı olanlardan biri də Sumqayıt Dövlət Universitetrinə birləşdirilmiş Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət Pirquliyevadır. Məlumata görə Mətanət xanımım da bu vəzufədə uzun müddətdir çalışmasına səbəıb yüksək çinli qohumlarının böyük rolu olub. Deyilənlərə görə Mətanət Pirquleyevanın müavini imtahan vaxtı tələbələrdən pul yığımını heç də çəkinmədən həyata keçoirir ki, bu da qeyd etdiyimiz kimi arxayınçılığın əlamətlərindən biridir.

Verilən məlumatlara görə adlarını çəkdiyimiz bu direktorlar artıq Ceyhun Bayramovun nəzarətindədir. Onların tutduqları vəzifədə nə qədər qala biləcəklərinə də yaxın günlərdə aydınlıq gələcək. Onu da qeyd etmək istərdik ki, siyahıda hallanmayan bir necə başqa direktorların da adının olması istisna deyil./Aktualinfo.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil naziri imtahanlarla bağlı əmr imzalayıb

    Təhsil naziri imtahanlarla bağlı əmr imzalayıb ...

    2-01-2019, 12:00

  • 
  • Təhsil naziri vəzifəsini Ceyhun Bayramov əvəz edəcək

    Təhsil naziri vəzifəsini Ceyhun Bayramov əvəz ...

    5-12-2017, 18:30

  • 
  • Təhsil nazirliyi  təkzib etdiyi xəbər düz çıxdı

    Təhsil nazirliyi təkzib etdiyi xəbər düz çıxdı ...

    14-08-2013, 10:32

  • 
  • Təhsil Nazirliyinə Ceyhun Bayramov rəhbərlik edir

    Təhsil Nazirliyinə Ceyhun Bayramov rəhbərlik edir ...

    6-12-2017, 16:28

  • 
  • Orta məktəblərdə pullu təhsil proqramları olacaq

    Orta məktəblərdə pullu təhsil proqramları olacaq ...

    15-11-2018, 15:12


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (83)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu