Keçən ilin dekabr ayında Razim Məmmədovun Xətai rayon icra hakimiyyətinin başçısı postundan alınmasının ardından boş qalan sözügedən vəzifəyə təyinat gözlənilir.
Gundemxeber.az bildirir ki, bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya daxil olub. Məlumatı verən mənbə iddia edir ki, hazırda icra başçısının müavini postunu tutan şəxslərdən biri rəhbər gəlmə tədarükündədir. Qeyd edək ki, məlumat verən mənbə iddialı müavinin kimliyini açıqlayıb və redaksiyamızın əməkdaşları həmin şəxslə əlaqə yaratmaq istəsə də, telefonlara cavab verilməyib. Bildirək ki, icra hakimiyyətinin digər yetkililəri də bu barədə danışmaq istəməyiblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?