Suraxanı Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müşaviri Məmməd İbrahim 5 ay 22 gün həbs cəzası verib
Yanvarın 10-da Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimov belə hökm çıxarıb.
Məhkəmə onu cəzaçəkmə müəssisəsində yatağında bıçaq tiyəsi gizlətməkdə təqsirli sayaraq, CM-nin 317-1.2 maddəsi(həbsdə saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, saxlaması) ilə 5 ay 20 gün cəza təyin edib. İki gün isə onun əvvəlki cəzasından qalan günlərdir.
Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib və xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.
Cəzasının başa çatmasına bir gün qalmış İbrahimə qarşı qadağan edilmiş əşyaların (bıçaq) qanunsuz saxlanılması ittihamı irəli sürülüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?