Bu sözləri tanınmış hüquq müdafiəçisi Oktay Gualiyev öz feysbuk səhifəsində AXCP sədrinin müşaviri Məmməd İbrahimə qarşı irəli sürülmüş yeni ittihama münasibət bildirib. Həmin yazını olduğu kimi təqdim edirik:
"Bu qədər vicdansızlıq, qisasçılıq, kin- küdrət, cılızlıq ola bilməz. Şərlənib həbs olunan AXCP sədrinin müşaviri Məmməd İbrahim haqq etmədiyi 3 illik cəzanı bu gün çəkib qurtarsa da həbsdən buraxmamaq üçün ona qarşı yeni qondarma ittiham irəli sürülüb. Hakimiyyət daha bir rüsvayçı addıma imza atdı və çox pis, təhlükəli bir tendensiyaya davam dedi...
Bir müddət öncə 11 il həbs həyatını başa vuran keçmiş səhiyyə naziri Əli İnsanovu şərləyib ona daha 7 il absurd cəza verdilər. İndi də Məmməd İbrahimi həbsdən buraxmamaq üçün ona qarşı saxta ittiham-CM- nin 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması- red.) maddəsi irəli sürülüb. Guya onun yastığı altından bıçaq "tapılıb".
Məmməd İbrahim kimi sınmaz, mübariz insanların silahı bıçaq, avtomat deyil. Sözdür, dinc mübarizədir. Sizlərin silahı şərləmə, saxtakarlıq, yalançı üzə duranlıq, rüşvətxorluqdursa Məmməd bəy kimi insanların silahı onun əqidəsidir, mübarizəsidir...
Bu da ötüb keçəcək. Məmməd İbrahim gec- tez haqq etdiyi azadlığına qovuşacaq. Amma onu şərləyib həbs edənlər və yenidən həbsdə qalmasına göstəriş verib bu işi icra edənlər tarixdə qara ləkə ilə "yaşayıb" daim lənətlənəcəklər...".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?